Online tədris zamanı yaranan problemlərdən biridə video dərsliklər hazırlamaqdır. beləki video hazırlanması, redaktə olunması zəhmət və vaxt tələb edən işlərdəndir. bu gün sizlərə asanlıqla video dərsliklər hazırlaya biləcəyiniz və onları redaktə edə biləcəyiniz proqram və veb saytlardan bəhs edəcəyik.
1. Bandicam proqramı
Bandicam proqramını rəsmi veb saytından yükləyib asanlıqla qurlaşdırıb istifadə edə bilərsiniz. Bu proqram vasitəsi ilə komputerinizin ekranının videosunu çəkə bilər, öz səsinizidə yaza bilərsiniz. Proqramın bir neçə rejimi vardır. İstərsəniz tam ekranı və ya ekranın müəyyən bir hissəsini video çəkmək imkanlarına sahibdir.
Link: https://www.bandicam.com/az/
2. Kizoa veb saytı
Kizoa video və şəkillərdən istifadə edərək, yeni videolar hazırlaya biləcəyiniz saytlardan biridir. Videoları hazırlayan zaman istər hazır şablonlardan istifadə edə, istərsə videonun dizaynını tamamı ilə sıfırdan qura bilərsiniz. Videolarında fərqli effektlərdən istifadə etmək istəyənlər üçün uyğun bir seçim olacaqdır.
Link: https://www.kizoa.com
3. Sparkol veb saytı
Sparkol fərqli formatda video hazırlamağa imkan verən resursdur. Daha aydın desək, “əllə və ya qələmlə çəkilmə” tipli bir video hazırlamaq üçün asanlıqla istifadə edə bilərsiniz.
Link: https://www.sparkol.com
4. Adobe Spark proqramı
Adobe Spark - Adobe şirkətinin təqdim etdiyi proqram məhsullarından biridir. Saytda video ilə yanaşı poster, infoqrafik və s. hazırlamaq mümkündür. Video hazırlayan zaman istər hazır şablonlardan istifadə ilə, istərsə də sıfırdan başlayaraq video hazırlana bilər.
Link: https://spark.adobe.com/
5. Moovly veb saytı
Moovly videolarında fərqli effektlər və animasiyalar istifadə etmək istəyənlər üçün saytdır. Saytda hazır şəkillərdən və videolardan istifadə edib video hazırlamaq olur. Xüsusi ilə animasiya tipli bir video hazırlamağı düşünürsünüzsə bu saytdan istifadə edə bilərsiniz
Link: https://www.moovly.com/
6. Powtoon veb saytı
Powtoon - animasiya tipli videolar hazırlamaq üçün sadə və istifadəsi rahat alətdir. Xüsusi ilə uşaqların diqqətini cəlb edən rəngarəng animasiya -videolar hazırlamaq istəyənlər üçün əla resursdur. Animasiya hazırlaya zaman həm öz yüklədiyiniz şəkil və videolardan, həmdə proqramın özünün təqdim etdiyi resurslardan istifadə edə bilərsiniz.
Link: https://www.powtoon.com
Qeyd: Youtube kanalımıza abunə olub və videolarımızı bəyənən 10 müəllim üçün hazırladıqları video dərslərin redaktə olunması və dizayn edilməsi tərəfimizdən ödənişsiz olacaqdır.
- Youtube Kanalımız: https://www.youtube.com/channel/UCj4eJ4nmrVHPfdUkxCL4DfA
- Müraciət üçün: https://forms.gle/gciScAaWWbeUa4vu9