Correct Technology

Müştərilərə qulaq asmaq, onların suallarını cavablandırmaq şirkəti rəqiblərindən bir addım qabağa aparır. Aydın məsələdir ki, artıq müştərilərin fiziki olaraq mağazaya getməyə ehtiyacları yoxdur, bir çox şey kimi alış-verişi də "onlayn" etmək mümkündür. Oflayn metodlar əvəzinə onlayn metodlardan istifadə etmək artıq həm daha təsirli, həm də daha sərfəlidir. Müştərilər axtarış motorlarında istənilən məhsul və xidmətləri axtararaq, bir çox variantdan istədiklərini seçə bilərlər. Belə ki, bir şirkətin müştərilərlə ünsiyyəti böyük əhəmiyyət kəsb edir. Məhz buna görə də müştərilərin məhsulu alarkən qarşılaşdıqları səhifələrdə onlayn satış nümayəndələri olmalı və uyğun olduqda chatbotlardan istifadə edilməlidir. 


Conversational Marketinq nədir?

Conversational Marketinq nədir?Bu söhbət əsaslı marketinq forması müştərilərin loyallığını yaxşılaşdırmaq, müştəriləri və hədəf auditoriyasını daha yaxşı tanıyaraq strategiyalar yaratmaq və yeni bir fərdiləşdirilmiş marketinq seçimi əldə etmək üçün hazırlanmış geribildirim mərkəzli marketinq üsuludur. Marketinqdə bu geribildirim əsaslı yanaşmadan istifadə etmək markanın tanınmasını və etibarını artırmağa kömək edərkən, hazırki və potensial müştərilərə birbaşa marketinq və satış kanalları arasında hərəkət etməyə imkan verən real danışıq təcrübəsi təqdim edir.


Conversational Marketinq hansı üstünlükləri təqdim edir? 

Conversation Marketing şəxsi söhbət etmək bacarığı və veb saytınızda olarkən müştərinizlə birə-bir hədəfli mesajlaşma sistemidir. Hər şeydən əvvəl, “Fərdi Şəbəkə” nin təsiri böyükdür. Belə ki, müştəriyə adla müraciət etmək belə dəyişiklik yarada bilər. Müştəri məmnuniyyəti, loyallıq və etibar kimi anlayışların marka üzərində çox müsbət təsirləri vardır. Müştərinin diqqətini cəlb etmək üçün fərdi söhbəti seçən markaların daha uğurlu olduğu məlumdur. Bu marketinqdə əsas funksiyalar ağıllı marşrutlaşdırma, satış bölgəsindən asılı olaraq potensial müştəriləri lazımi nümayəndələrə bağlamaqdır. Başqa sözlə, 7/24 xidmət göstərməyə hazır olan ağıllı, həssas satış təmsilçiləri təqdim edilir. 


Conversation Marketinq müştərilərlə əlaqə necə qurulur.

Conversation Marketinqdə süni intellektin rolu.Conversation Marketinq ilə CRM (Müştəri Əlaqələri İdarəetmə) şöbəsi yaradılır. Sifarişlər, ziyarətlər, qiymət səhifələri, iş ünvanları kimi müştəri məlumatları toplanılaraq saxlanılır. Beləliklə, bir çox problemlər daha qısa müddətdə həll edilir, məsələn müştərinin məhsulu niyə geri qaytarması və ya şikayət etməsinin səbəbi daha yaxşı başa düşülür və ona ən yaxşı şəkildə xidmət göstərilir. Müştərilərlə ünsiyyət quran və günün hər saatını veb saytında canlı şəkildə həyata keçirən ağıllı chatbotlar sayəsində vaxta qənaət və performans artır. Başqa sözlə, işçilərin monitorinqinə ehtiyac olmur. Chatbotlar müştərilərə sevdikləri məhsulları tapmağı və satın almağı asanlaşdırır, eyni zamanda digər işçilərin iş yükünü azaldır və onlara digər tapşırıqlar üçün lazım olan vaxtı yaradır.


Conversation Marketinqdə süni intellektin rolu.

Conversation Marketinqdə vacib bir element süni intellektdən qaynaqlanan chatbotlardur. Şirkətlər üçün hazırlanmış chatbotlar müştərilərə istədikləri cavabı tez bir zamanda verir. Beləliklə, gecə gec saatda və ya səhər tezdən onlarla həqiqətən maraqlanan bir "agent" həmişə mövcud olur. Chatbot AI (Süni İntellekt) tərəfindən idarə olunan və danışıq interfeysi vasitəsilə müştərilərlə real əməkdaşlığı simulyasiya edən proqramdır. Müştəri ilə həqiqi bir fərd kimi söhbət edə və insanlarla veb üzərindən ünsiyyət qura bilər. Süni intellekt istifadə edildiyi üçün insanların yazışmalarını asanlıqla anlayır və daha çox danışdıqca yeni sözlər öyrəndikləri üçün "daha ağıllı" olurlar. Google Trends məlumatlarına görə, "chatbot" sözü və əlaqəli açar sözlər üçün axtarış həcmi son illərdə 20 dəfə artmışdır. İndi dünyanın bir çox şirkəti müştəriləri ilə bu cür ünsiyyət qurur. Beləliklə, Conversation Marketing rəqəmsal marketinqin ən təsirli metodlarından birinə çevrilib.

Mehriban Atakishizada

Mehriban Atakishizada

SMM Manager

Ən Sonuncu Bloqlar

Reqemsal yoxsa Enenevi Marketinq?

Rəqəmsal yoxsa Ənənəvi Marketinq?

Rəqəmsal marketinq nədir ? Ənənəvi marketinqin üstünlükləri ,Ənənəvi Marketinqin Dezavantajları, Rəqəmsal marketinqin üstünlükləri

SEO ucun Adaptiv yoxsa Responsiv dizayn?

SEO üçün Adaptiv yoxsa Responsiv dizayn?

Adaptiv dizayn nədir ? Responsiv dizayn nədir ? Google niyə responsiv dizaynı dəstəkləyir. Bəs ümumi götürdükdə hansı dizayn sizin üçün daha yaxşıdır ?

Viral Marketinq nedir? Viral Marketinq Texnikasi

Viral Marketinq nədir? Viral Marketinq Texnikası

Viral Marketinq nədir? Auditoriyanın diqqətini çəkmək və Hədəf kütləsinin və kommunikasiya kanallarının düzgün seçilməsi

Veb sayt ucun UX dizayn ve dizayn meslehetleri

Veb sayt üçün UX dizayn və dizayn məsləhətləri

İstifadəçilərə çox rahat və sadə interfeys təqdim etməliyik. Bu yazımızda UX dizaynla əlaqəli bəzi məsləhətlərimizi paylaşmaq istərdik.

Meta taglari nedir, Metalar duzgun nece istifade edilmelidir

Meta tagları nədir, Metalar düzgün necə istifadə edilməlidir

Meta etiketləri nədir ? Meta description tagında düzgün istifadə edilmə qaydası və digər meta tagları

Veb saytda H (heading) ve duzgun istifade edilmesi

Veb saytda H (heading) və düzgün istifadə edilməsi

H (Heading) etiketi nədir? Heading etiketinin istifadəsində ən çox buraxılan xətalar.

Google Panda ve Penguen alqoritmleri 2021

Google Panda və Penguen alqoritmləri 2021

Google axtarış alqoritmi necə işləyir? Google Panda alqoritmi nədir ? Google Penguen alqoritmi nədir ?