Correct Technology

Mobil tətbiqetməni yaratdınız və mağazalara uğurla əlavə etdiniz, bəs sonrakı addımlar nə olmalıdır? İstifadəçiləriniz üçün Google Play Store və App Store-da çoxlu sayda tətbiqlər ilə necə rəqabət aparacaqsınız? Mobil tətbiqlər üçün SEO kimi bir şey varmı? Əlbəttə var. Qısaca olaraq Mobil SEO adlandıra biləcəyimiz App Store Optimization (ASO) mobil tətbiqlərin daha çox yüklənməsini təmin etmək üçün istifadəçi qazanma üsuludur. 

Mobil SEO-nun üstünlükləri nələrdir?

Mobil SEO sıralamasına təsir edən faktorlar bunlardır:

Tətbiq Adı 

Tətbiqinizin adı onun yerinə yetirdiyi funksiyalarla əlaqəli olmalıdır. Çox vaxt istifadəçilər tətbiqin adını deyil, funksiyanı axtarış bölməsinə yazaraq tətbiqləri tapırlar. Tətbiqin adı çox uzun olmamalıdır. İstifadəçilərin mobil cihazlarının xüsusiyyətlərinə görə başlığın qısaldılacağını nəzərə alaraq unikal bir ad təyin etmək çox vacibdir. Müəyyən ediləcək ad həm də tətbiqi potensial rəqiblərdən fərqləndirməlidir.

Tətbiqin qısa və geniş təsviri mətni

Tətbiqin ekran görüntülərinin bir az altında yerləşən qısa təsvir hissəsi istifadəçilərin ən çox diqqətini çəkən hissədir. Qısa təsvir həm istifadəçilər, həm də axtarış motoru alqoritmi üçün olduqca əhəmiyyətlidir. Təsvirdə açar sözlərdən istifadə etmək də axtarışlarda yüksək yer tutmağa kömək edə bilər. Açar sözlərin təyin edilməsində ən vacib addım rəqabətli açar sözlərin müəyyən edilməsi və onlara diqqət yetirilməsidir. Burada izləyə biləcəyiniz ən yaxşı təcrübə "istifadəçi kimi düşünmək" dir. Bir istifadəçi niyə bu tətbiqdən istifadə etməlidir? Bu bölmədə 80 simvol məhdudiyyətinin olması da bu sahənin nə qədər diqqətlə istifadə edilməsinin göstəricisidir. Tətbiqin geniş təsvir hissəsində isə 4000 simvol məhdudiyyəti var. Bu bölmədə oxucunu yormamağınız və tətbiqi mümkün qədər ətraflı izah edərkən lazımsız ifadələrdən çəkinməyiniz çox vacibdir.


Tətbiq şəkilləri və tanıtım videosu yaratmaq

Mobil Store-lərdə önə çıxmaq üçün tətbiqin məzmununu və funksiyalarını göstərən ekran görüntüləri və videolar ilə istifadəçiləri tətbiq səhifəsinə cəlb etmək mümkündür. App Store-da video uzunluğu 15-30 saniyə arasında olmalıdır. Google Play-da isə videonun müddəti 30 saniyədən 2 dəqiqəyə qədər olmalıdır. Google Play tərəfindən dəstəklənən hər bir dil üçün ayrı bir videonun olması mümkündür.


Açar sözlər

Açar sözlərin yaxşı reytinqdə əsas amil olması heç də təəccüblü deyil. SEO -da olduğu kimi, açar sözlərin düzgün seçilməsi başlıqda, qısa və geniş təsvirdə xüsusilə vacibdir.


Tətbiq Yükləmə Həcmi və Sürəti

Gündəlik tətbiq yükləmələri Apple App Store və Google Play-də ən güclü sıralama faktorlarından biridir. Belə ki onlar müxtəlif şərtlərdə sıralamalarınızı yaxşılaşdırmağa kömək edir.


Tətbiqi təqdim edən şəxs və ya şirkətin adı

Tətbiqi hazırlayan şəxsin adı da Google Play və App Store SEO alqoritminin bir hissəsidir. Bu bölmədə, tətbiq və yaradıcı şirkətin və ya şəxsin adının tətbiqə nə qədər daxil olması vacibdir.


İstifadəçi Təcrübəsinin Təkmilləşdirilməsi

Google alqoritmində tətbiqləri sıralayarkən istifadəçi reytinqi, rəy, istifadəçi davranışı, şərhlər və tətbiqin yüklənmə sayı kimi faktorlar nəzərə alınır. Bu faktorları təkmilləşdirərək tətbiqin daha çox görünməsini təmin etmək mümkündür. Məsələn, müntəzəm olaraq yeniləməklə istifadəçiləri şərh verməyə təşviq edə bilərsiniz və bu şərhləri nəzərə alaraq tətbiqinizi təkmilləşdirmək şansına sahib ola bilərsiniz.


Backlink əldə edilməsi

Adi axtarışda olduğu kimi, tətbiq səhifənizə geri bağlantılar əldə etmək çox kömək edir. Əlbəttə ki, spam deyil, nüfuzlu mənbələrdən keyfiyyətli bağlantılara üstünlük verilməlidir.

Mehriban Atakishizada

Mehriban Atakishizada

SMM Manager

Ən Sonuncu Bloqlar

Conversational Marketinq nedir? Ustunlukleri nelerdir

Conversational Marketinq nədir? Üstünlükləri nələrdir

Conversational Marketinq hansı üstünlükləri təqdim edir?Conversational Marketinqdə chat botlarin rolu nədir?

Reqemsal yoxsa Enenevi Marketinq?

Rəqəmsal yoxsa Ənənəvi Marketinq?

Rəqəmsal marketinq nədir ? Ənənəvi marketinqin üstünlükləri ,Ənənəvi Marketinqin Dezavantajları, Rəqəmsal marketinqin üstünlükləri

SEO ucun Adaptiv yoxsa Responsiv dizayn?

SEO üçün Adaptiv yoxsa Responsiv dizayn?

Adaptiv dizayn nədir ? Responsiv dizayn nədir ? Google niyə responsiv dizaynı dəstəkləyir. Bəs ümumi götürdükdə hansı dizayn sizin üçün daha yaxşıdır ?

Viral Marketinq nedir? Viral Marketinq Texnikasi

Viral Marketinq nədir? Viral Marketinq Texnikası

Viral Marketinq nədir? Auditoriyanın diqqətini çəkmək və Hədəf kütləsinin və kommunikasiya kanallarının düzgün seçilməsi

Veb sayt ucun UX dizayn ve dizayn meslehetleri

Veb sayt üçün UX dizayn və dizayn məsləhətləri

İstifadəçilərə çox rahat və sadə interfeys təqdim etməliyik. Bu yazımızda UX dizaynla əlaqəli bəzi məsləhətlərimizi paylaşmaq istərdik.

Meta taglari nedir, Metalar duzgun nece istifade edilmelidir

Meta tagları nədir, Metalar düzgün necə istifadə edilməlidir

Meta etiketləri nədir ? Meta description tagında düzgün istifadə edilmə qaydası və digər meta tagları

Veb saytda H (heading) ve duzgun istifade edilmesi

Veb saytda H (heading) və düzgün istifadə edilməsi

H (Heading) etiketi nədir? Heading etiketinin istifadəsində ən çox buraxılan xətalar.