Correct Technology

Adaptiv dizayn nədir ?

Adaptiv dizayn və responsiv dizayn olduqca yaxın anlayışlardır. Həm adaptiv dizayn, həm də responsiv dizayn, istifadə edilən cihazın xüsusiyyətlərini təyin etdikdən sonra özünü həmin cihaza görə tənzimləmə prinsipi ilə işləyir. Hər iki dizayn metodu fərqli ekran ölçülərinə, istifadə şərtlərinə və tələblərinə uyğunlaşaraq istifadəçi təcrübəsini yaxşılaşdırmağı hədəfləyir.

Adaptiv Dizayn çoxsaylı sabit layout ölçülərinə malikdir. Bu dizayn növü tətbiq edildikdə fərqli cihazlar üçün xüsusi tərtibatlar yaradılır. Hər bir ekran ölçüsü üçün fərqli bir dizayn tələb olunduğundan, daha çox vaxt və əmək tələb edir. Adaptiv dizaynda sabit ölçülərdən, yəni "px" dəyərlərindən istifadə edilir.


Responsiv dizayn nədir ?

Responsiv dizayn nədir ?Responsiv dizayn veb saytın baxıldığı cihaza uyğunlaşdırılması üçün onun görünüşünün dəyişdirilməsi ilə bağlıdır. Bu şəkildə istifadəçi təcrübəsi əhəmiyyətli dərəcədə yaxşılaşır. Responsiv dizayn adaptiv dizayn qədər nəzarət təklif etmir. Mobil uyğunluq yalnız fərqli ölçülərə uyğunlaşan eyni elementlər tərəfindən təmin edilir. Buna, genişlik dəyərlərinin sabit dəyərləri deyil, nisbi, yəni "%" dəyərlərindən istifadə etməklə nail olunur. Məsələn, bir sütunun genişliyini 200 piksel yox, 30% kimi kodlayırsınız. Bu halda, ekranın genişliyindən asılı olmayaraq sütun ekranın 30% -ni tutur. Beləliklə, səhifə göstərildiyi ekrana tam olaraq doldurulur. Responsiv dizaynın adaptiv dizayndan üstünlüyü daha çevik olmasıdır. Bu dizayn Google-in güclü şəkildə təşviq etdiyi SEO optimallaşdırma mənbələrindən biridir. 

Bəzən kompüter üçün bir dizayn seçmək və ya hətta mobil bir veb sayt yaratmaq olduqca asan görünür, lakin həmin proses heç də asan deyil. Adaptiv dizayn tətbiq etməklə iş yükü bir neçə dəfə artırılır, prosesi iki dəfə və ya daha çox təkrarlanır. Bu vəziyyətdə ən uğurlu seçim, tək bir veb saytı bizə istənilən cihazdan uyğun şəkildə təqdim edən responsiv dizaynı indeksləşdirməkdir.

Responsiv bir veb dizaynının olmaması halında ilk nəzərə çarpan təsir tez-tez errorların baş verməsi və ya cihazın müəyyən şəkilləri dəstəkləməməsidir. Bunun səbəbi, hər cihazın fərqli ekranları, prosessorları, əməliyyat sistemləri və yaddaşının olmasıdır. Responsiv dizaynı seçməklə tək bir HTML və CSS-dən bütün problemləri həll etmək mümkündür.


Google niyə responsiv dizaynı dəstəkləyir?

Google bu gün effektivlik və keyfiyyət arasında mükəmməl bir tarazlıq yaradır və responsiv dizayna sahib olmaqla 2 şey qazanır. Bir tərəfdən, axtarış motorlarında istifadəçilərinə maksimum rahatlıq təmin etmək üçün uyğun yerlər təqdim edir, digər tərəfdən yalnız bir yer indeksləşdirilə bilir.

Google məhz SEO-ya gətirdiyi üstünlüklərə görə responsive dizaynı tövsiyə edir:


Bəs ümumi götürdükdə hansı dizayn sizin üçün daha yaxşıdır?

Bu sualın cavabı saytınızın və müştərilərinizin nə istədiyindən asılıdır. Əgər əsas narahatlığınız saytınızın cihazdan asılı olmayaraq işləməsidirsə, standart bir sayt hazırlamaq üçün responsiv dizayn daha əlverişlidir. Çox xüsusi ehtiyacları olan mobil auditoriyanız varsa, bu halda adaptiv dizayn tətbiq etmək daha məqsədəuyğun ola bilər.

Mehriban Atakishizada

Mehriban Atakishizada

SMM Manager

Ən Sonuncu Bloqlar

Conversational Marketinq nedir? Ustunlukleri nelerdir

Conversational Marketinq nədir? Üstünlükləri nələrdir

Conversational Marketinq hansı üstünlükləri təqdim edir?Conversational Marketinqdə chat botlarin rolu nədir?

Reqemsal yoxsa Enenevi Marketinq?

Rəqəmsal yoxsa Ənənəvi Marketinq?

Rəqəmsal marketinq nədir ? Ənənəvi marketinqin üstünlükləri ,Ənənəvi Marketinqin Dezavantajları, Rəqəmsal marketinqin üstünlükləri

Viral Marketinq nedir? Viral Marketinq Texnikasi

Viral Marketinq nədir? Viral Marketinq Texnikası

Viral Marketinq nədir? Auditoriyanın diqqətini çəkmək və Hədəf kütləsinin və kommunikasiya kanallarının düzgün seçilməsi

Veb sayt ucun UX dizayn ve dizayn meslehetleri

Veb sayt üçün UX dizayn və dizayn məsləhətləri

İstifadəçilərə çox rahat və sadə interfeys təqdim etməliyik. Bu yazımızda UX dizaynla əlaqəli bəzi məsləhətlərimizi paylaşmaq istərdik.

Meta taglari nedir, Metalar duzgun nece istifade edilmelidir

Meta tagları nədir, Metalar düzgün necə istifadə edilməlidir

Meta etiketləri nədir ? Meta description tagında düzgün istifadə edilmə qaydası və digər meta tagları

Veb saytda H (heading) ve duzgun istifade edilmesi

Veb saytda H (heading) və düzgün istifadə edilməsi

H (Heading) etiketi nədir? Heading etiketinin istifadəsində ən çox buraxılan xətalar.

Google Panda ve Penguen alqoritmleri 2021

Google Panda və Penguen alqoritmləri 2021

Google axtarış alqoritmi necə işləyir? Google Panda alqoritmi nədir ? Google Penguen alqoritmi nədir ?