Correct Technology

UGC nədir?

Texnologiyaların həyatımıza artan təsiri və veb saytların geniş istifadəsi nəticəsində markalar üçün istifadəçi tərəfindən yaradılan məzmun, yəni UGC olaraq da bilinən konsepsiya əhəmiyyət qazanmağa başladı. Markanın yaratdığı məzmunla müqayisədə istifadəçilər tərəfindən yaradılan bu tip məzmun marketinq fəaliyyətlərində getdikcə daha çox əhəmiyyət kəsb edir. 

Sosial media platformaları və veb istifadəsindəki dəyişikliklərin təsiri ilə hər bir istifadəçi yeni bir məzmun istehsalçısı olaraq mövqe tutmağa başladı. Həmçinin onlar passivlikdən çıxaraq markalar üçün bir qaynaq olmağa və qarşılıqlı əlaqənin mərkəzində yer almağa başladılar. Rəqəmsal dünyanın dinamikası istifadəçi yönümlü şəkildə dəyişməyə başladığından markalar bu prosesə uyğunlaşacaq kampaniyalara istiqamətləndilər.

İstifadəçilərin hazırladığı və heç bir xərc çəkmədən yayımlaya biləcəyiniz məzmuna istifadəçi tərəfindən yaradılan məzmun (UGC) deyilir. Bu məzmunlar sosial mediada və ya veb saytınızda hazırlana bilər, markanız haqqında bir tweet və ya İnstagram postu ola bilər.


UGC-in faydaları nələrdir?

Etibarlılıq

İstifadəçi məzmunundan istifadə etməklə əldə edilə biləcək ən dəyərli qazanclardan biri istifadəçilərin etibarıdır. İnsanların maraqlarına, hisslərinə, diqqət və düşüncələrinə hörmət göstərdiyiniz  və əhəmiyyət verdiyiniz zaman istifadəçilərdə markanıza qarşı inam yaradacaqsınız.

Yeni istifadəçilərə çatmaq

Artıq istifadəçilərinizdə sizə qarşı inam yarandıqdan sonra digər istifadəçilər də bunu müşahidə edəcək və bu, onların sizin şirkətinizlə maraqlanması üçün əla imkan yaradacaq. Nielsen tərəfindən edilən bir araşdırmaya görə, istifadəçilərin 92% -i dostlarının və qohumlarının paylaşdıqları məzmunun təsirinin marka tərəfindən paylaşılanların təsirindən daha çox olduğuna inanır. Müəyyən bir məhsul haqqında kənar şəxslərin fikirləri bir çox hallarda daha vacib hesab olunduğundan onların köməyi ilə auditoriyanızı əhəmiyyətli dərəcədə genişləndirə bilərsiniz. Beləliklə, UGC yalnız mövcud müştərilərlə əlaqələri gücləndirməyə deyil, həm də yeni istifadəçilərə çatmağa imkan verir.

Diqqəti təbii şəkildə cəlb edir

Diqqət çəkmək istifadəçilər tərəfindən yaradılan möhtəşəm bir UGC kampaniyasının təbii nəticəsidir, çünki məhz onun vasitəsilə markalar əvvəllər diqqət yetirmədikləri fərqli məqamlara və emosiyalara toxuna bilirlər. Məsələn, hər hansı bir markanın ayaqqabılarından istifadə edərək möhtəşəm bir mənzərə ilə cığırda gəzmək və onu paylaşmaq izləyicilərinizdə təbii bir maraq yaradır.


UGC nümunələrinə nəzər salaq:

GoPro-nun YouTube kanalı

Bir müddət əvvəl GoPro müştərilərinin UGC paylaşımlarını marketinq strategiyasına daxil edərək UGC hərəkatının başlamasına kömək etdi. 2013-cü ildə YouTube-a bir gün ərzində 6000 GoPro videosu yüklənildiyi bunun sübutudur. Beləliklə, GoPro UGC marketinqinin inkişafında mühüm rol oynayan qabaqcıllardan birinə çevrildi. Bu gün YouTube-da "GoPro" axtarışı 40.000.000 nəticə verir və o, təxminən 5.000.000 abunəçisi olan YouTube-un ən məşhur markalarından biridir. 

Apple #ShotOnIphone

Apple-ın #ShotOnIphone kampaniyası hələ də olduqca populyardır. İstehlakçılar markaya iPhone-un kamerasından çox məmnun olmadıqlarını bildirdikdən sonra Apple yeni cihazını təqdim etdi və istehlakçıları #ShotOniPhone hashtag ilə şəkillər paylaşmağa təşviq edərək bu problemi həll etmək qərarına gəldi. Kampaniya Apple üçün böyük bir müvəffəqiyyətdir, çünki Apple nəinki istehlakçılarının şikayətlərini nəzərə aldı, həm də illərdir davam edən uğurlu UGC kampaniyası yaratdı.

Coca Cola "Bir Cola paylaş"

Coca-Cola "Bir Cola paylaş" kampaniyası istifadəçilər tərəfindən yaradılan ən uğurlu kampaniyalardan biridir. Marka, 2012-ci ildə məşhur adlarla çap olunmuş məhdud sayda Coke şüşələrini satışa çıxardı. Tezliklə, müştərilər öz adları, dostlarının və ailə üzvlərinin adları yazılan Cola şüşələri almağa həvəsləndilər. Bu kompaniya uğur qazandıqdan sonra izləyicilər həmin Cola şüşələri ilə şəkil çəkdirib #ShareACoke hashtagı ilə birlikdə internetdə yerləşdirdilər. 

Mehriban Atakishizada

Mehriban Atakishizada

SMM Manager

Ən Sonuncu Bloqlar

Mobil SEO nedir ve onun ustunlukleri nelerdir?

Mobil SEO nədir və onun üstünlükləri nələrdir?

Mobile SEO Tətbiqin qısa və geniş təsviri mətni nədir ? Mobile SEO saytların optimizasyası

Google Analytics 4 tezlikle Universal Analytics-i evez edecek!

Google Analytics 4 tezliklə Universal Analytics-i əvəz edəcək!

Google Analytics 4-də hansı yeniliklər var? Saytlar üçün google analyticsin nə yenilikləri var

Conversational Marketinq nedir? Ustunlukleri nelerdir

Conversational Marketinq nədir? Üstünlükləri nələrdir

Conversational Marketinq hansı üstünlükləri təqdim edir?Conversational Marketinqdə chat botlarin rolu nədir?

Reqemsal yoxsa Enenevi Marketinq?

Rəqəmsal yoxsa Ənənəvi Marketinq?

Rəqəmsal marketinq nədir ? Ənənəvi marketinqin üstünlükləri ,Ənənəvi Marketinqin Dezavantajları, Rəqəmsal marketinqin üstünlükləri

SEO ucun Adaptiv yoxsa Responsiv dizayn?

SEO üçün Adaptiv yoxsa Responsiv dizayn?

Adaptiv dizayn nədir ? Responsiv dizayn nədir ? Google niyə responsiv dizaynı dəstəkləyir. Bəs ümumi götürdükdə hansı dizayn sizin üçün daha yaxşıdır ?

Viral Marketinq nedir? Viral Marketinq Texnikasi

Viral Marketinq nədir? Viral Marketinq Texnikası

Viral Marketinq nədir? Auditoriyanın diqqətini çəkmək və Hədəf kütləsinin və kommunikasiya kanallarının düzgün seçilməsi

Veb sayt ucun UX dizayn ve dizayn meslehetleri

Veb sayt üçün UX dizayn və dizayn məsləhətləri

İstifadəçilərə çox rahat və sadə interfeys təqdim etməliyik. Bu yazımızda UX dizaynla əlaqəli bəzi məsləhətlərimizi paylaşmaq istərdik.