Correct Technology

Online tədris zamanı yaranan problemlərdən biridə video dərsliklər hazırlamaqdır. beləki video hazırlanması, redaktə olunması zəhmət və vaxt tələb edən işlərdəndir. bu gün sizlərə asanlıqla video dərsliklər hazırlaya biləcəyiniz və onları redaktə edə biləcəyiniz proqram və veb saytlardan bəhs edəcəyik.


1. Bandicam proqramı

Video dərs hazırlamaq üçün faydalı olacaq proqramlar və saytlarBandicam proqramını rəsmi veb saytından yükləyib asanlıqla qurlaşdırıb istifadə edə bilərsiniz. Bu proqram vasitəsi ilə komputerinizin ekranının videosunu çəkə bilər, öz səsinizidə yaza bilərsiniz. Proqramın bir neçə rejimi vardır. İstərsəniz tam ekranı və ya ekranın müəyyən bir hissəsini video çəkmək imkanlarına sahibdir.

Link: https://www.bandicam.com/az/


2. Kizoa veb saytı

Kizoa video və şəkillərdən istifadə edərək,  yeni videolar hazırlaya biləcəyiniz saytlardan biridir. Videoları hazırlayan zaman istər hazır şablonlardan istifadə edə, istərsə videonun dizaynını tamamı ilə sıfırdan qura bilərsiniz. Videolarında fərqli effektlərdən istifadə etmək istəyənlər üçün uyğun bir seçim olacaqdır.

Link: https://www.kizoa.com


3. Sparkol veb saytı 

Sparkol fərqli formatda video hazırlamağa imkan verən resursdur. Daha aydın desək, “əllə və ya qələmlə çəkilmə” tipli bir video hazırlamaq üçün asanlıqla istifadə edə bilərsiniz. 

Link: https://www.sparkol.com


4. Adobe Spark proqramı  

Adobe Spark - Adobe şirkətinin təqdim etdiyi proqram məhsullarından biridir. Saytda video ilə yanaşı poster, infoqrafik və s. hazırlamaq mümkündür. Video hazırlayan zaman istər hazır şablonlardan istifadə ilə, istərsə də sıfırdan başlayaraq video hazırlana bilər.

Link: https://spark.adobe.com/


5. Moovly veb saytı 

Moovly videolarında fərqli effektlər və animasiyalar istifadə etmək istəyənlər üçün saytdır. Saytda hazır şəkillərdən və videolardan istifadə edib video hazırlamaq olur. Xüsusi ilə animasiya tipli bir video hazırlamağı düşünürsünüzsə bu saytdan istifadə edə bilərsiniz

Link: https://www.moovly.com/


6. Powtoon veb saytı 

Powtoon - animasiya tipli videolar hazırlamaq üçün sadə və istifadəsi rahat alətdir. Xüsusi ilə uşaqların diqqətini cəlb edən rəngarəng animasiya -videolar hazırlamaq istəyənlər üçün əla resursdur. Animasiya hazırlaya zaman həm öz yüklədiyiniz şəkil və videolardan, həmdə proqramın özünün təqdim etdiyi resurslardan istifadə edə bilərsiniz.

Link: https://www.powtoon.com


Qeyd: Youtube kanalımıza abunə olub və videolarımızı bəyənən 10 müəllim üçün hazırladıqları video dərslərin redaktə olunması  və dizayn edilməsi tərəfimizdən ödənişsiz olacaqdır.

Ən Sonuncu Bloqlar

Google Analytics 4 tezlikle Universal Analytics-i evez edecek!

Google Analytics 4 tezliklə Universal Analytics-i əvəz edəcək!

Google Analytics 4-də hansı yeniliklər var? Saytlar üçün google analyticsin nə yenilikləri var

Mobil SEO nedir ve onun ustunlukleri nelerdir?

Mobil SEO nədir və onun üstünlükləri nələrdir?

Mobile SEO Tətbiqin qısa və geniş təsviri mətni nədir ? Mobile SEO saytların optimizasyası

İstifadeci terefinden yaradilan mezmun (UGC) nedir?

İstifadəçi tərəfindən yaradılan məzmun (UGC) nədir?

UGC nədir? UGC-in faydaları nələrdir? UGC nümunələri və UGC marketinq strategiyası nədir.

SEO ucun Adaptiv yoxsa Responsiv dizayn?

SEO üçün Adaptiv yoxsa Responsiv dizayn?

Adaptiv dizayn nədir ? Responsiv dizayn nədir ? Google niyə responsiv dizaynı dəstəkləyir. Bəs ümumi götürdükdə hansı dizayn sizin üçün daha yaxşıdır ?

Reqemsal yoxsa Enenevi Marketinq?

Rəqəmsal yoxsa Ənənəvi Marketinq?

Rəqəmsal marketinq nədir ? Ənənəvi marketinqin üstünlükləri ,Ənənəvi Marketinqin Dezavantajları, Rəqəmsal marketinqin üstünlükləri

Conversational Marketinq nedir? Ustunlukleri nelerdir

Conversational Marketinq nədir? Üstünlükləri nələrdir

Conversational Marketinq hansı üstünlükləri təqdim edir?Conversational Marketinqdə chat botlarin rolu nədir?

Portal nedir ?

Portal nədir ?

Portal Nədir? Portalın normal saytlardan fərqi? Korporativ portal nədir ?