Correct Technology

Kaliforniyadakı San Francisco vadisinin bir hissəsi olan San Jose vadisinə verilən addır. Bu adın səbəbi isə bölgədə sıx olaraq istehsal və inkişaf fəaliyyətində olan silikon çip istehsalçılarının və texnologiya sahəsində inkişafa böyük qatqı qatan şirkətlərin burada cəmləşməsidir.

Kaliforniya ştatının Palo-Alto rayonunda yarımkeçiricilərin istehsalının sürətlə inkişafını göstərmək üçün 1971-ci ildə “Electronic News” jurnalının müxbiri Don Hefler bu rayonu Silikon Vadisi adlandırıb. İlk dəfə bu anlayış 11 yanvar 1971-ci il tarixində jurnalist Don Heflerin “ABŞ-ın Silikon Vadisi” adlı məqalələr seriyası dərc olunanda yaranıb.

Daha çox, yüksək texnologiya ilə əlaqədar sektorları ifadə etmək üçün istifadə edilən ad olmuşdur. Çünki bir çox bu tip firmanın mərkəzi və ya çıxış yeri burasıdır. Bunlara nümunə olaraq; Intel, Cisco, Google, HP, Maxtor, Softway Solutions, Apple, Microsoft, Oracle, Nvidia, AMD, Facebook, Twitter, Mozilla, Yahoo! v.s bu kimi şirkətləri göstərmək olar.

Köhnə Kaliforniya valisi Leland Stanford, 1891 ci ildə Stanford Universitetini qurdu. Bu universitetin quruluşu bu vadinin təməllərinin atılması mənasını verir.

Stanford məzunları Bill Hewlett və David Packard universitetin dəstəyi ilə 1939-ci ildə kampus yaxınlığındakı bir qarajda Hewlett Packard (HP) şirkətini qurdular. İlk şirkətlər arasında General Electric və Eastman Kodak yer aldı.

Stanford Universiteti dekanı, universitetin ətrafındakı bütün əraziləri texnologiya şirkətlərinə sataraq bölgənin dünyada texnologiya mərkəzi olmasını təmin etdi. Bacarıqlı və təşəbbüskar tələbələrin müəllimi, Mühəndis fakültəsinin dekanı Frederik Emmons Terman Silikon Vadisinin “atası” hesab olunur. Hazırda iri İT-şirkətlərin kiçik vətənlərinə çevrilmiş Stenford sənaye parkının yaradılmasının təşəbbüskarı məhz F. Emmons Terman olub.

Silikon Vadisi ABŞ-da fəaliyyət göstərən bütün müəssisələrin üçdə bir hissəsini təşkil edir və bu, yüksək texnologiyalı yenilik və elmi inkişaf üçün aparıcı ekoloji və başlanğıc ekosistemi olmağa kömək edir.

Dünyanın məşhur markaları HP, Google, Sun, Intel və You Tube kimi qurucularının ortaq yanı isə hamısının Stanford Universitetindən məzun olmasıdır. Bura, sanki bir qabiliyyət fabriki və dünyanın müxtəlif ölkələrindən də beyin köçü edir. Əhəmiyyətli beynəlxalq firmaların yer aldığı vadi, təxminən 1 trilyon dollardan çox bir bazara sahibdir.

Ən ağıllı sahibkarlar qısa zamanda böyük bir sərvətə qovuşurlar. 250.000 işçinin çalışdığı Silikon Vadisində işçilərin illik gəlirləri 150.000 dollar ətrafındadır. Iş yerləri çox cazibədar və əlverişli şəraitlər təmin edirlər.

Silikon Vadisi universitetlərin, texnologiya nəhənglərinin və araşdırma təşkilatlarının bir araya gəldiyi nəhəng bir texnologiya bölgəsidir. Daha çox dizayn və mühəndislik vadisi deyə də xatırlanmaqdadır. Vadi araşdırma və inkişaf etdirmə fəaliyyətlərinin, irəli texnologiyanın və elektronlaşmanın ən sıx şəkildə istifadə edildiyi sahə olub, məqsədi yarıkeçirici texnologiyaların inkişaf etdirilməsidir.

Vadidə sürətli hərəkət etmək və rəqiblərinizə daim irəli olmaq məcburiyyətindəsiniz, çünki texnologiya sürətlə inkişaf edir və texnologiyanın sürətinə çatmaq olmur.


“Silikon Vadisi”nin tərkibinə 7 minə yaxın şirkət daxildir.Onların arasında dünya şöhrətli “Adobe Systems”, “Advanced Micro Devices” (AMD), “Apple Inc.”, “Cisco Systems”, “Dolby Laboratories Inc.”, “eBay”, “Google”, “Hewlett-Packard“, “Intel”, “Oracle Corporation”, “Sun Microsystems”, “Symantec”, “Yahoo!”, Linkedin, SanDisk və s. şirkətlər var. Qlobal komputerləşmə “Silikon Vadisi”nin sakinlərinə külli miqdarda gəlir gətirib və gətirməkdə davam edir. Burada ABŞ-ın çoxsaylı milyonçuları da yaşadığından, buranı “Milyonçular vadisi” də adlandırmaq olar.

Silikon vadisinin bəzi göstəriciləri: Hazırda vadidə 2,5 milyon nəfər insan yaşayır və fəaliyyət göstərir. Onların 34 faizi əcnəbidir; vadidə yaşayan hər bir əməkdaş öz şirkətinə ümumilikdə il ərzində 200 min ABŞ dolları qazandırır; vadidə yaşayanların yalnız 43 faizi ali təhsillidir; burada əməkdaşların orta illik əmək haqqısı təcminən 150 min ABŞ dollar ətrafındadır. Qeyd edək ki, komputerlərin və digər məhsulların dünya ixracının 20%-i Silikon Vadisinın payına düşür.

Ən Sonuncu Bloqlar

Mobil SEO nedir ve onun ustunlukleri nelerdir?

Mobil SEO nədir və onun üstünlükləri nələrdir?

Mobile SEO Tətbiqin qısa və geniş təsviri mətni nədir ? Mobile SEO saytların optimizasyası

Google Analytics 4 tezlikle Universal Analytics-i evez edecek!

Google Analytics 4 tezliklə Universal Analytics-i əvəz edəcək!

Google Analytics 4-də hansı yeniliklər var? Saytlar üçün google analyticsin nə yenilikləri var

SEO ucun Adaptiv yoxsa Responsiv dizayn?

SEO üçün Adaptiv yoxsa Responsiv dizayn?

Adaptiv dizayn nədir ? Responsiv dizayn nədir ? Google niyə responsiv dizaynı dəstəkləyir. Bəs ümumi götürdükdə hansı dizayn sizin üçün daha yaxşıdır ?

Reqemsal yoxsa Enenevi Marketinq?

Rəqəmsal yoxsa Ənənəvi Marketinq?

Rəqəmsal marketinq nədir ? Ənənəvi marketinqin üstünlükləri ,Ənənəvi Marketinqin Dezavantajları, Rəqəmsal marketinqin üstünlükləri

Conversational Marketinq nedir? Ustunlukleri nelerdir

Conversational Marketinq nədir? Üstünlükləri nələrdir

Conversational Marketinq hansı üstünlükləri təqdim edir?Conversational Marketinqdə chat botlarin rolu nədir?

İstifadeci terefinden yaradilan mezmun (UGC) nedir?

İstifadəçi tərəfindən yaradılan məzmun (UGC) nədir?

UGC nədir? UGC-in faydaları nələrdir? UGC nümunələri və UGC marketinq strategiyası nədir.

Portal nedir ?

Portal nədir ?

Portal Nədir? Portalın normal saytlardan fərqi? Korporativ portal nədir ?