Correct Technology

İstənilən işdə ən mühim amil ideya və onun həyata keçirilməsinin üsullarının tapılmasıdır. Yaradılacaq saytın xarici görünüşü haqda təsəvvürünüz varsa, sizə saytların sıfırdan yaradılması dərslərində təlim almaq və əsas mərhələlərin müəyyən edilməsindən başqa heç nə lazım deyil.

Hər mərhələnin öz xüsusiyyəti var və onu keçmək üçün müəyyən biliklərin olması zəruridir. Bunun öhdəsindən necə (müstəqil şəkildə və ya kənar müdaxilə ilə) gələ biliməyinizi müəyyən etmək üçün bu mərhələləri bir-bir nəzərdən keçirək.

Dizayn və tərtibat

saytlarin hazirlanmasiBirinci mərhələdə siz yaradılacaq saytınızın xarici görünüşünü, onun rəng və çalarlarını, üslubunu, məlumat bloklarının yerləşəcəyi mövqelərini təyin edirsiniz. Bəzi hallarda yaradılacaq saytın əsası kimi Adobe Photoshop, Corel Draw və ya digər qrafik redaktorda yaradılmış təsvirdən istifadə olunur. Lakin sayt yaradılması tədrisi bununla yekunlaşmır: cəlbedici olmaqla bərabər sayt yüksək dərəcəli vizual funksionallığa da malik olmalıdır. Bundan əlavə, mürəkkəb interaktiv sayt yaratmaq üçün siz Adobe Photoshop-da təkrarolunmaz təsvirlər yaratmağı da bacarmalısınız. Burada siz hazır şablonlardan da istifadə edə bilərsiniz.

HTML səhifələrinin yaradılması

saytlarin dizayn edilmesiSaytın dizaynı hazır olduqdan sonrakı mərhələ səhifələrin kodlarşdırılması ilə bağlıdır. Bu o deməkdir ki, bu mərhələdə bütün elementləri dizayna uyğun yerləşdirmək lazım gələcək. Sadə saytların hazırlanmasında bəzən birinci mərhələni, yəni dizaynın hazırlanmasını buraxıb birbaşa ikinci mərhələyə keçirlər. Lakin mürəkkəb saytlarda bu mərhələlərin ikisini də keçmək zəruridir.

HTML dilində yaradılmış səhifələr istənilən saytın əsasını təşkil edirlər. Funksional sayt yaratmaq üçün bu mərhələdə siz xüsusilə diqqətli olmalısınız. HTML səhifəsi necə yaradılır? Bunu etməyin iki yolu var: 1) Windows-un tərkibindəki “Bloknot” adlanan sadə proqramdan (redaktordan) istifadə 2) Sayt yaratmaq üçün nəzərdə tutulmuş xüsusi vizual redaktordan istifadə.

“Bloknot” mətn redaktorundan istifadə edilməsi yalnız proqramlaşdırma dilini çox yaxşı bilənlərə aiddir. İkinci halda isə proqramlaşdırma dilinin xırdalıqları deyil, əsaslarını bilmək də kifayətdir. “Bloknot” mətn redaktorunun əvəzinə “Word” mətn redaktoru da istifadə oluna bilər. Lakin burada yazılmış kod optimal olmadığından və istifadə çətinlikləri törətdiyindən, peşəkarlar müvafiq vizual redaktorlardan istifadə etməyi tövsiyə edirlər.

Proqramlaşdırma: təkmilləşdirimə və xırdalıqların əlavə edilməsi.

Sadə funksiyalı sayt yaradanlar adətən bu mərhələdən yan keçirlər. Lakin saytınıza interaktiv funksiyalar, çatlar, səsvermə və forum əlavə edərək onu daha cəlbedici etmək istəyirsinizsə, əlavə bir proqramlaşdırma dilini bilməyiniz zəruridir.

Dediyimiz kimi, proqramın kodu “Bloknot”da və ya daha funksional redaktorda yazılır. Bunu müstəqil şəkildə etmək çox çətindir. İstəsəniz, İnternetdə rast gələn hazır scriptlərdən istifadə edə bilərsiniz (onları, sadəcə olaraq, öz saytınıza yerləşdirməyiniz gərəkdir)


Ən Sonuncu Bloqlar

Google Panda ve Penguen alqoritmleri 2021

Google Panda və Penguen alqoritmləri 2021

Google axtarış alqoritmi necə işləyir? Google Panda alqoritmi nədir ? Google Penguen alqoritmi nədir ?

Google Trends nedir ? Google Trends 2021

Google Trends nədir ? Google Trends 2021

Google Trends Nədir ? Elektron ticarət saytınız üçün Google Trends-dən necə faydalana bilərsiniz?

Robots txt fayli nedir? Nece istifade olunur

Robots txt faylı nədir? Necə istifadə olunur

Robots.txt faylı nədir ? Robots.txt faylının əmrləri, Axtarış sistemlərinin botları

Google cezalari ve sebebleri

Google cəzaları və səbəbləri

Saytınızın google axtarış sıralamasında geriləməsinə nə səbəb ola bilər. Saytımızın cəza filtrnə düşdüyünü hardan bilə bilərik. Cəza filtrininə düşmə səbəbləri

LottieFiles nedir? LottiFiles ile animasyalar

LottieFiles nədir? LottiFiles ilə animasyalar

Veb saytlarınıza , Mobil tətbiqlərinizə rəng qatacaq animasyalar, LottieFiles nədir?

UX Uİ Dizayn nedir? Uİ ve UX dizayn arasindaki ferq

UX Uİ Dizayn nədir? Uİ və UX dizayn arasındakı fərq

Ui dizayn nədir? UX dizayn nədir. Uİ və UX dizayn arasındakı fərqlər

White Hat SEO ve Black Hat SEO arasindaki ince xett

White Hat SEO və Black Hat SEO arasındakı incə xətt

White hat SEO nədir ? Black hat SEO nədir? Düzgün SEO strategiyası