Correct Technology

Bu dəfəki məqaləmizdə sizlərə sayta diqqət çəkməyin yolları barəsində danışacağıq. Öncəliklə sayta diqqət çəkmək bizə nə üçün lazımdır?  Sayta diqqət çəkməklə nə əldə etmiş olacağıq ? bu kimi suallara cavab tapaq. Sayta diqqət çəkmək sayta müəyyən izləyici kütləsinin daxil olması deməkdir. Sayta nə qədər çox izləyici kütləsi daxil olarsa, saytın trafiki bir o qədər artacaqdır. Saytınızın izləyici sayının artması sizin saytınızın insanlar tərəfindən bilinirliyini (tanınmasını) artıracaqdır.

1. Maraqlı məqalələr hazırlamaq.

Saytda yerləşdirdiyiniz məqalə nə qədər maraqlı məzmuna sahib olarsa, bir o qədər izləyicilərin diqqətini çəkəcək. Ancaq unutmamaq lazımdır ki, saytınıza yerləşdirdiyiniz məqalələr fəaliyyət sahənizə uyğun məzmunlu məqalələr olmalıdır. Əgər siz hər hansı bir xidmət sahəsi ilə məşğul olursanız hazırladığınız məqalələr göstərdiyiniz xidmət haqqında ola bilər və ya hər hansı məhsulların satışını edirsəniz məqalələrinizlə insanlara məhsul haqqında ətraflı məlumatlar verə bilərsiniz. Məqalənizi paylaşmazdan əvvəl bəzi normalara əməl etməyiniz vacibdir. Bu normalara daxildir məqalənin yazılarının ölçüsü, başlıqların diqqət çəkici olması, məzmunu daha qısa və aydın şəkildə izah etməniz.


2. Video və şəkillərdən istifadə.

Bir digər yolu hazırladığınız məqalədə diqqətçəkici video və şəkillərdən istifadə olunmasıdır. Hazırladığınız məqalə nə qədər rəngarəng və diqqət çəkici olarsa, izləyiciləri bir o qədər daha çox cəlb edər. Burada diqqət edilməsi gərəkən əsas məqam məqaləyə yerləşdirilən şəkil və videoların keyfiyyətinin yüksək, məzmunununsa cəlbedici olmasıdır. 


3. Məqalələrinizi sosyal şəbəkələrdə paylaşın.

Hazırladığınız məqalələrin insanlar tərəfindən görülə bilməsi üçün sosyal şəbəkələrdən istifadə edə bilərsiniz. Məqalənizi sosyal şəbəkədə paylaşmaq üçün maraqlı bir poster hazırlayaraq paylaşa bilər və sosyal şəbəkə üzərindən saytınıza izləyicilərinizi cəlb edə bilərsiniz. Məqalənizi sosyal şəbəkədə paylaşan zaman məqalənizin məzmunu haqqında qısa bir açıqlama yazaraq izləyicilərinizə sayta baxmazdan əvvəl məqaləniz haqqında ilkin təsürat yarada bilərsiniz.

Ən Sonuncu Bloqlar

SEO ucun Adaptiv yoxsa Responsiv dizayn?

SEO üçün Adaptiv yoxsa Responsiv dizayn?

Adaptiv dizayn nədir ? Responsiv dizayn nədir ? Google niyə responsiv dizaynı dəstəkləyir. Bəs ümumi götürdükdə hansı dizayn sizin üçün daha yaxşıdır ?

İstifadeci terefinden yaradilan mezmun (UGC) nedir?

İstifadəçi tərəfindən yaradılan məzmun (UGC) nədir?

UGC nədir? UGC-in faydaları nələrdir? UGC nümunələri və UGC marketinq strategiyası nədir.

Reqemsal yoxsa Enenevi Marketinq?

Rəqəmsal yoxsa Ənənəvi Marketinq?

Rəqəmsal marketinq nədir ? Ənənəvi marketinqin üstünlükləri ,Ənənəvi Marketinqin Dezavantajları, Rəqəmsal marketinqin üstünlükləri

Conversational Marketinq nedir? Ustunlukleri nelerdir

Conversational Marketinq nədir? Üstünlükləri nələrdir

Conversational Marketinq hansı üstünlükləri təqdim edir?Conversational Marketinqdə chat botlarin rolu nədir?

Mobil SEO nedir ve onun ustunlukleri nelerdir?

Mobil SEO nədir və onun üstünlükləri nələrdir?

Mobile SEO Tətbiqin qısa və geniş təsviri mətni nədir ? Mobile SEO saytların optimizasyası

Google Analytics 4 tezlikle Universal Analytics-i evez edecek!

Google Analytics 4 tezliklə Universal Analytics-i əvəz edəcək!

Google Analytics 4-də hansı yeniliklər var? Saytlar üçün google analyticsin nə yenilikləri var

Portal nedir ?

Portal nədir ?

Portal Nədir? Portalın normal saytlardan fərqi? Korporativ portal nədir ?