Veb sayt sahiblərinin ən böyük çətinliklərindən biri də saytlarına edilən hücumlardır. Böyük zəhmətlər və pullar xərcləyərək yaratdığınız veb səhifə tam hər şey yolunda olduğu vaxt baş verən bir hücüm bütün xəyallarınızı və ən əhəmiyyətlisi işlərinizi poza bilər. Hazırda standart təhlükəsizlik divarları firewall və patch management təcrübələri ilə şəbəkə təhlükəsizliyi çox etibarlı bir hal almışdır. Hər zaman bir addım öndə olmağı hədəf seçən hakerlər isə, veb səhifələrinin özünə, yəni kod və məlumat bazası istiqamətinə yönəlmişdirlər. Bu gün, keçirilən hər beş hücumun dörd dənəsi veb saytları hədəf almaqdadır. Veb saytlarda yaranan təhlükəsizlik problemlərinin bəzilərini aradan qaldırma yolları aşağıdakılardır:
- Mütəmadi olaraq nüsxələmə (back up) edin.
- Saytda istifadə olunan formlarda robotlara qarşı mühfizə yaradın.
- Konfiqurasiya fayllarını gizlədin
- SSL- sertifikatı alın
- Əgər saytınızda istifadəçilər üçün giriş formu varsa formda limitlərdən istifadə edin.
- Saytınızın fayllar sxemini axtarış sistemlərinin indeksləməsinə mane olun.
- Güclü hostinglərdən istifadə edin.
- FTP və DATABASE girişlərində istifadəçi adı və parolları mürəkkəb edin.
- Veb saytınızın kodlarını test edin və nəzərə çarpan bütün səhvləri aradan qaldırın.