Bu yazımızda müəllimlərin online tədris zamanı istifadə edə biləcəkləri proqram təminatlarından bəhs edəcəyik. Online tədris zamanı müəllimlərin ən çox ehtiyac duyduqları alətlər əsasən video hazırlamaq üçün proqram, komputerin ekranını screen etmək üçün proqram və online kuizlər hazırlamaq üçün saytlar təşgil edir.
1. Google Forms
Google Forms Google şirkəti tərəfindən təqdim olunan xidmətlərdən biridir. Forms əvvələr məlumat toplamaq, sorğu aparmaq üçün istifadə edilsə də, hal-hazırda Kuiz imkanı ilə müəllimlərə onlayn qiymətləndirmə aparmaq imkanı təqdim edir.
Link: https://www.google.com/forms/about/
2. Kizoa
Video və şəkillərdən istifadə edərək, yeni videolar hazırlaya biləcəyiniz veb saytlardan biridir. Videoları hazırlayan zaman istər hazır şablonlardan istifadə edə, istərsə videonun dizaynını tamamı ilə sıfırdan qura bilərsiniz. Videolarında fərqli effektlərdən istifadə etmək istəyənlər üçün uyğun bir seçim olacaqdır.
Link: https://www.kizoa.com
3. Sparkol
Sparkol fərqli formatda video hazırlamağa imkan verən resursdur. Daha aydın desək, “əllə və ya qələmlə çəkilmə” tipli bir video hazırlamaq üçün asanlıqla istifadə edə bilərsiniz.
Link: https://www.sparkol.com
4. Adobe Spark
Adobe Spark - Adobe şirkətinin təqdim etdiyi proqram məhsullarından biridir. Saytda video ilə yanaşı poster, infoqrafik və s. hazırlamaq mümkündür. Video hazırlayan zaman istər hazır şablonlardan istifadə ilə, istərsə də sıfırdan başlayaraq video hazırlana bilər.
Link: https://spark.adobe.com/
5. Moovly
Moovly videolarında fərqli effektlər və animasiyalar istifadə etmək istəyənlər üçün saytdır. Saytda hazır şəkillərdən və videolardan istifadə edib video hazırlamaq olur. Xüsusi ilə animasiya tipli bir video hazırlamağı düşünürsünüzsə bu saytdan istifadə edə bilərsiniz
Link: https://www.moovly.com/
6. Powtoon
Powtoon - animasiya tipli videolar hazırlamaq üçün sadə və istifadəsi rahat alət. Xüsusi ilə uşaqların diqqətini cəlb edən rəngarəng animasiya -videolar hazırlamaq istəyənlər üçün əla resursdur. Animasiya hazırlaya zaman həm öz yüklədiyiniz şəkil və videolardan, həmdə proqramın özünün təqdim etdiyi resurslardan istifadə edə bilərsiniz.
Link: https://www.powtoon.com