Correct Technology

Daimi paylaşımlar edin.

Daimi paylaşımların olması, izləyiciləriniz sizinlə əlaqəli paylaşımları izləməsinə  və bunu bir vərdiş halına gətirmələrinə gətirib çıxardar. Paylaşımlarınız davamlı olduğu üçün izləyicilərinizin və ya İstagram istifadəçilərinin maraq dairələrinə toxuna və onların diqqətini cəlb edə bilərsiniz.

Paylaşımları hansı saatda paylaşmağınız önəmlidir. Hər paylaşım üçün düzgün  zaman seçmək vacibdir. Araşdırmalara görə insanlar axşam saat 22:00-dan sonra daha həssas olurlar. Məsələn: Bir  gəlinlik səhifəniz var, gecə daha çox bəyənmə və şərh qaza bilərsiniz. Bu da  nə qədər aralıqda və nə zaman paylaşım edəcəyinizi sizə göstərir.

İnstagramda paylaşmaq istədiyiniz məlumatları hər gün paylaşmaq daha düzgün görünə bilər. Bu vəziyyət, paylaşdığınız məzmun  ilə birbaşa mütənasibdir.  Paylaşacağınız məzmun haqqında məlumat toplamaq uzun zaman alırsa 3 gündən bir də paylaşım edə bilərsiniz. Buradakı qızıl qayda həftənin eyni günlərində paylaşım etməkdir.

Səhifənizdəki hekayələrin (story) sayı gündə 5-6-dan çox olmamalıdır. Bu vəziyyət əyləncə sahəsinə görə fərqlilik göstərə bilər. Əhəmiyyətli olan izləyiciləri darıxdırmadan qarşılıqlı ünsiyyət qurmağı əldə etməkdir.


Maraqlı məzmun yaradın.

Fərqli paylaşım yaratmaq həmişə sizi bir addim öndə  edər. İzləyicilərinizin, hədəf auditoriyanızın maraq dairələrini sınaq edərək bunu planınıza daxil edin. Bunun sayəsində  araşdırmalar edərək  məzmunlarınızı müəyyənləşdirə və buna uyğun olaraq maraqlı məzmun yarada bilərsiniz. 

Kefiyyətli paylaşım nədir? Kefiyyətli paylaşım,  əmək sərf olunmuş, o səhifəyə aid edilmiş bir ad, və hədəf auditoriyanızın, izyəyicilərinizin maraqını çəkən bənzərsiz bir paylaşım növüdür. Hədəf auditoriyanızın, izyəyicilərinizin maraq dairəsini yansıtmayan paylaşımlar edərəsəniz, bu tam əksinə təsir verə bilər və izləyiciləriniz maraq dairəsinə toxunmadığınız üçün izləyicilərinizlə olan ünsiyyətə mənfi təsir edər. Bunu da edilən şərhlərdən və bəyənmələrədən anlaya bilərsiniz. Hekayədə testlər paylaşıb cavablara görə səhifənizi optimallaşdırmağa davam edin. 

Bir müddət sonra izləyicilərinizin  azaldığını hiss edə bilərsiniz. Qorxmayın. Böyük ehtimal eyni üslubda edilən paylaşımlar izləyicilərinizə sıxıcı gəlir. Yenidən fərqli mövzular axtarmağa, testler etməyə davam edin beləliklə izləyicilərinizi geri qaytara bilərsiniz. Unutmayın ki, kefiyyətli paylaşımlar etmək İstagram-da vacibdir.


Hekayə paylaşımına zaman ayırın.

İnstagram istifadəçilərinin ən çox istifadə etdiyi yer hekayə bölməsidir. Marka olaraq, hekayə paylaşımlarına reklam verə bilərsiniz. Son zamanlarda gələn yenilənmələr sayəsində hekayələrin populyarlığı artdi. Hekayədə paylaşılan paylaşımın izləyicilərinizin marağını daha çox çəkdiyini görəcəksiniz. Anketlər, sual-cavab ilə izləyicilərinizlə ünsiyyət qura bilər bilər, musiqi əlavə edib hekayənizi canlandıra bilərsiniz.


Səhifənizi reklam edin.

Markanızın tanınması, izləyici sayınız artması üçün reklam edə bilərsiniz. Hekayə, post reklamı edə bilərsiniz. Kəşfet-də çıxmaq istəyirisinizsə bu istiqamətdə optimallaşdırma edə bilərsiniz. Video reklamı edə bilrəsiniz. Veb  saytınız varsa, Veb sayta keçid reklamları edə bilərsiniz.


Ən Sonuncu Bloqlar

UX Uİ Dizayn nedir? Uİ ve UX dizayn arasindaki ferq

UX Uİ Dizayn nədir? Uİ və UX dizayn arasındakı fərq

Ui dizayn nədir? UX dizayn nədir. Uİ və UX dizayn arasındakı fərqlər

White Hat SEO ve Black Hat SEO arasindaki ince xett

White Hat SEO və Black Hat SEO arasındakı incə xətt

White hat SEO nədir ? Black hat SEO nədir? Düzgün SEO strategiyası

Twitter-de izleyici sayini artirma yollari

Twitter-də izləyici sayını artırma yolları

Twitter-də izləyici sayını artırma yolları, Twitterdə paylaşımlar necə hazırlanmalıdır.

Chatbot Nedir? Chatbotlarin meqsedi nedir

Chatbot Nədir? Chatbotların məqsədi nədir

Chatbot`ların məqsədi nədir ? Biznesiniz üçün Chatbotun önəmi və faydası

Uzaqdan nece bir biznes yaradicisi olmaq olar?

Uzaqdan necə bir biznes yaradıcısı olmaq olar?

Uzaqdan işləmək üçün vacib amillər,Uzaqdan işləyən bir iş həmkarının nəyə ethiyacı vardır?

E-Ticaret nedir? E-Ticarete nece baslaya bilerem?

E-Ticarət nədir? E-Ticarətə necə başlaya bilərəm?

Elektron ticarət nədir ? Elektron ticarətə necə başlanmalı və elektron ticarətin növləri

Saytinizin acilis suretini test etmek ucun 4 alet

Saytınızın açılış sürətini test etmək üçün 4 alət

Saytınızın açılış sürətini test etmək üçün 4 alət, Page Speed nədir ?