Correct Technology

E-ticarət hamımızın bildiyi ticarət sisteminin bütövlükdə "online" olaraq idarə edilməsidir.

"Ticarət ruhi ilə, E-Ticarətə başlamaq"

Elektron ticarət, məhsullarınızın rəqabət edə bildiyi,  çox müqayisə edə biləcəyi, müştərilər tərəfindən tez-tez təqib edə biləcəyi, məhsullarınızı istədikləri zaman səbətə əlavə edildiyi və bir o qədərdə  dərhal cixarıla biləcəyi bir alış prosesidir.

E-Ticarətə başlamazdan öncə bir neçə nəzəri məlumat vermək istəyirik, bunlar E-ticarətin kanalları və mövqeləridir.

Burada təyin edəcəyiniz  kanal sizin məhsullarınıza, hədəflərinizə, siyasətinizə və sata biləcəyiniz bir çox potensial məhsulumuza görə dəyişəcəkdir. Bunu müəyyən etmək üçün  E-Ticarətdə tez-tez istifadə olunan ticarət modellərinə nəzər salaq.

Şaquli E-Ticarət

Şaquli E-Ticarət bir məhsula, bir kateqoriyaya yönəlmiş ixtisaslaşdırılmış proseslərdən ibarət bir ticarət növüdür.Məsələn, "yalnız boyunbağı satan bir marka" barədə düşünə bilərsiniz.Logistika, məhsulları anbarlara yerləşdirmə, satışdan sonra müştəri sadiqliyi, sifariş verərkən görülən işlər, banner idarəsi və məhsul siyahısı kimi bir çox sahədə daha sadə və məhsula yönəldilmiş bir satış strategiyası kimi göstərilə bilər və ya seçim edilə bilər. 

Üfüqi E-Ticarət

Üfüqi E-Ticarət modeli bir çox kategoriyadan meydana gələn və hər kategoriyada ayrı bir təcrübə tələb edən bir E-Ticarət modelidir.  Bu modeldə əsas olan bir birindən fərqli olan məhsulları bir yerə yigmaqdır. Ancaq çətin tərəflərindən biri də bu qədər çox məhsul kateqoriyası olduğu zaman istənilən məhsul və satış fokusu meydana çıxacaq. Məhsulları və kateqoriyaları vurğulama, yayımlanma və müştəriyə lazım olan ərəfədə satdığı məhsulun növü, forması çox önəmlidir.

Bazarda E-Ticarət

Son zamanlarda elektron ticaretdə çox eşitdiyimiz satış sahələri, xüsusən də sektorda bu alt quruluşu təmin edən markalarlarla əməkdaşlıq edərək E-Ticarətə girmək istəyən markalar üçün bələdçi  halına gəldi deyə bilərik. Markanızın və məhsullarınızın kiçik komissiyalar istifadə edərək milyonlarla trafiklə birləşdirmə imkanıniz ola bilər.

Elektron  ixrac

Şübhəsiz ki, E-Ticarətin gəldiyi ən yaxşı nöqtələrdən biridir. Təsəffür edin Azərbaycanda gözəl bir məhsul istehsal edirsiniz və xarici satış marketingi vasitəsilə məhsullarıniz  bir anda dünyanın çox fərqli yerində xarici valyuta ilə satılaraq həm ölkəmizə həm də öz qazancımıza çox yaxşı təsir edə bilər.


Satışa açılış etmək istəyən markalarımız üçün tövsiyyələrimiz olacaq.

Bu üç maddəyə tam hazır deyilsək, heçvaxt satışa keçməyinizi tövsiyyə etmirik. Satış bazarında , xüsusəndə E-Ticarət vərdişi çox yüksək olan müştəri seqmantasiyası, məhsullarınızı birbaşa qiymət yönümlü bir perspektivlə araşdıracaq. Nəticə olaraq, tamamlanmayan bu 3 maddə, məhsullarınızın satılmasını imkansız edə bilər.

Edilən araşdırmalara görə,  alış niyyəti olan hər 1000 nəfərdən ortalama 22-si satışa çevrilir. Məhsul almaq niyyəti olan bu kütlə sizin mükəmməl iş görməyinizi gözləyər:

  1. Sürətli sayt,
  2. Etibarlı təsurat,
  3. Axtardığını tapmaq,
  4. Asan üzv olmaq,
  5. Sevindirici göndərmə(kargo) qitmətləri,
  6. Geniş ödəmə sistemi,
  7. Sürətli çatdırılma.

Budur, tətbiq edilməsi lazım olan maddələri bu formada sıralamaq olar. E-Ticarətdə ən əsas ehtiyac, qarşı tərəfi hissetdiyinizi göstərməkdir. Bu sadiqliyi artiracağı üçün asanlıqla satışa çevrilə bilər. Eyni zamanda markanız üçün davamlı olaraq özünüzü inkişaf etdirməlisiniz. Çünki rəqəmsal dünyada 2 saat əvvəl belə çox gec ola bilər. Bu səbəbdən təxirə salma və sonra yenidən qiymətləndirmə kimi mövzulara girdiyinizdə, trend dediyimiz sürətli dəyişikliyin çox gerisində qala bilərsiniz.

Ən Sonuncu Bloqlar

UX Uİ Dizayn nedir? Uİ ve UX dizayn arasindaki ferq

UX Uİ Dizayn nədir? Uİ və UX dizayn arasındakı fərq

Ui dizayn nədir? UX dizayn nədir. Uİ və UX dizayn arasındakı fərqlər

White Hat SEO ve Black Hat SEO arasindaki ince xett

White Hat SEO və Black Hat SEO arasındakı incə xətt

White hat SEO nədir ? Black hat SEO nədir? Düzgün SEO strategiyası

Twitter-de izleyici sayini artirma yollari

Twitter-də izləyici sayını artırma yolları

Twitter-də izləyici sayını artırma yolları, Twitterdə paylaşımlar necə hazırlanmalıdır.

Chatbot Nedir? Chatbotlarin meqsedi nedir

Chatbot Nədir? Chatbotların məqsədi nədir

Chatbot`ların məqsədi nədir ? Biznesiniz üçün Chatbotun önəmi və faydası

Uzaqdan nece bir biznes yaradicisi olmaq olar?

Uzaqdan necə bir biznes yaradıcısı olmaq olar?

Uzaqdan işləmək üçün vacib amillər,Uzaqdan işləyən bir iş həmkarının nəyə ethiyacı vardır?

Saytinizin acilis suretini test etmek ucun 4 alet

Saytınızın açılış sürətini test etmək üçün 4 alət

Saytınızın açılış sürətini test etmək üçün 4 alət, Page Speed nədir ?

İnstagram sehifenize diqqet cekmeyin 4 yolu

İnstagram səhifənizə diqqət çəkməyin 4 yolu

İnstagramda diqqət şəkməyin yolları, İnstagram paylaşımlarını nə zaman etmək lazımdır?