Correct Technology

Son bir neçə ildə televiziya texnologiyalarında ciddi irəliləyiş əldə edilmişdir.Onların heç biri görüntü keyfiyyətinə HDR, yəni Yüksək Dinamik Range qədər təsir göstərməmişdir. Düzgün tətbiq olunarsa, HDR, əksər istifadəçilər üçün 1080p Full HD-dən 4K Ultra HD-ə keçməkdən daha böyük üstünlük deməkdir. Əksər istehsalçılar 4K və daha çox funksiya təqdim edən 8K texnologiyasını vurğulamağa çalışsalar da, vəziyyət qeyd etdiyimiz kimi olur.Dolby Vision nədir ?

Ancaq vacib olan odur ki, HDR sadəcə bir formatdır. Bu fərqli formatların ümumi adı olsa da, hər formatın öz xüsusiyyətləri və imkanları var. Ən çox müzakirə olunan və tanınan HDR formatlarına Dolby Labs'ın Dolby Vision formatı daxildir. Dolby Vision nədir? Digər HDR formatlarından nə ilə fərqlənir? Ən əsası, Dolby Vision texnologiyasını evinizdə necə istifadə edirsiniz? Bu sualların cavablarını məqaləmizdə təqdim edirik.


HDR nədir?

Dolby Vision formatından danışmazdan əvvəl ümumiyyətlə HDR-ni ümumiləşdirmək daha əlverişlidir.Açıqlaması High Dynamic Range olan və Yüksək Dinamik Aralıq olaraq tərcümə olunan HDR, rejissorlara və məzmun istehsalçılarına əvvəlkindən daha yaxşı inkişaf etmiş parlaqlıq, daha yüksək rəng dəqiqliyi və daha yaxşı kontrast səviyyələri olan video istehsal etməyə imkan verir.HDR adətən yüksək səviyyəli teatrlarda istifadə olunsa da, evdə film izləmək üçün də getdikcə populyar hal alır. HDR məzmununu HDR funksiyalı televizorda seyr edərkən fərqi aydın şəkildə görmək mümkündür. Ümumi şəkil keyfiyyət kəskin şəkildə yaxşılaşır və kiçik bir ekran kinoteatr effektini hiss etdirir.

Ev istifadəsi üçün beş əsas HDR formatı var. Bunlardan ikisi statik, üçü isə dinamik formatdadır. İki statik format, HDR-ə uyğun hər televizorun dəstəklədiyi HDR10 yayın tətbiqləri üçün dizayn olunmuş HLG şəklində sıralanır. Buradakı statik termini HDR məzmununda olan bütün film və ya tv verilişlərə görə  təyin edilməsini nəzərdə tutur. Video başladıqdan sonra bu məlumat dəyişmir. 

Üç dinamik format isə Technicolor-un Advanced HDR və ev teatr sistemlərində daha yaxşı tanınan HDR10 + və Dolby Vision-dan ibarətdir.HDR10 + Samsung da öz töhfəsini verdiyi və heç bir lisenziya haqqı tələb etməyən bir format kimi önə çıxır.Statik formatlardan fərqli olaraq dinamik formatlar izlədiyiniz məzmuna uyğunlaşır, hər bir səhnə və ya çərçivəyə görə HDR elementlərini artırır və azaldır. Beləliklə,HDR görüntüləri əldə etmək üçün daha çox məlumat tələb edir. Hər bir səhnə üçün uyğun rəng, kontrast və parlaqlıq HDR keyfiyyətinə böyük təsir göstərir. 


Dolby Vision formatını fərqli edən xüsusiyyətlər hansılardır?

Yuxarıda qeyd edildiyi kimi, Dolby Vision, Dolby Labs tərəfindən hazırlanmış xüsusi, dinamik HDR formatıdır. Görüntünü hər bir xırdalığına qədər düzəldərək daha dəqiq rənglərlə daha ətraflı görməyə imkan verir. Davamlı düzəlişlər edir, buna görə ekrandakı hər bir görüntü optimallaşdırılır. Ancaq onun xüsusiyyətləri bununla məhdudlaşmır.

Kontent istehsalçılarına görüntü parametrlərini çox kiçik səviyyələrdə tənzimləmək imkanı verməklə yanaşı, Dolby Vision adi və statik HDR10 formatından daha geniş parametrlər təklif edir. Məsələn, HDR10, televizorlar üçün 1000 nit-ə qədər şəkil parlaqlığını dəstəkləyir. Dolby Vision isə daha yüksəyə 10000 nits-ə qədər yüDolby Vision nədir ?ksələ bilər.

Eyni vəziyyət rəng dəqiqliyinə də aiddir. HDR10, məzmun istehsalçılarına 10 bit-lik məlumatları istifadə edərək rəng müəyyən etməyə imkan verir.Dolby Vision isə ən çox 12 bit-ə qədər dəstək verir.2 bit-lik fərqdən danışdığımız üçün bu böyük fərq kimi və ya xüsusi özəllik kimi görünməyə bilər.Lakin bu olduqca böyük fərq yaradır.10 bit ilə bir milyondan çox mümkün rəng arasından hər bir əsas rəng üçün 1024 ton arasından seçim eləmək mümkun ikən,12 bit ilə bu rəqəm 68 milyardı ötən rəng arasında 4096 tona çıxır.

Hal-hazırda, Dolby Vision-un təmin etdiyi kimi 10000 nits parlaqlıq və ya  64 milyard rəng dəstəyi kimi xüsusiyyətlər təklif edən satış üçün təqdim edilən bir televizor yoxdur. Bazardakı ən parlaq televizorlar da ən çox 2000 nit qədər parlaqlıq səviyyəsinə çata bilir. Hətta LG-nin OLED E seriyası 10 bitlik rəng dəstəyindən yuxarı çıxa bilmir. Buna baxmayaraq, TV texnologiyasının sürətlə inkişaf etdiyini söyləmək lazımdır. Dolby Vision'ın indi innovativ görünən xüsusiyyətləri, yaxın beş ildə adi hala gələ bilər. 


HDR10 + nədir?

Samsung-un da dəstəklədiyi HDR10formatı Dolby Vision formatına bənzəyir. Bu, ekran görüntülərini xırdalıqlarına qədər optimallaşdıran dinamik bir formatdır. HDR10'a nisbətən daha yüksək parlaqlıq və rəng dərinliyini dəstəkləyir. Lakin texniki şərtlər baxımından, Dolby Vision-dan irəlidə deyildir. Teorik olaraq, bu Dolby Vision ilə daha yaxşı nəticələr əldə edə biləcəyiniz deməkdir. Hal-hazırda bu iki standart arasındakı ən böyük fərq əlçatanlıqdadır.

Dolby Vision nədir ?

Hal-hazırda nadir sayda cihaz HDR10 + dəstəkləyir. Hətta HDR10 + formatında olan mövcud məzmunların sayı da çox deyil.Ancaq bu dəyişməyə başlayır. HDR10 + standartının pulsuz lisenziyası ilə vəziyyətin dəyişdiyini görə bilərik. Bu iki rəqabətçi formatın gələcək dəstəyinə baxsaq, diqqət yetimək lazımdır ki,hal-hazırda Dolby Vision-u dəstəkləyən bir cihazın HDR10 + dəstəyi də ola bilər. Bu bir proqram yeniləməsi ilə mümkündür. Üstəlik, bu istehsalçılar üçün çox kiçik bir xərclə həyata keçirilə bilər.Lakin bu vıziyyıt Dolby Vision üçün də eyni deyil. Bu format bir lisenziya haqqına və həmçinin proqram inkişaf haqqını da sahibdir.


Dolby Vision dəstəyi ilə televizor modelləri :

Dolby Vision HDR10 + formatından daha üstün olsa da, bütün yeni televizorlar Dolby Vision-a uyğun gəlmir. Məsələn, Samsung bu formatı dəstəkləmir. Cənubi Koreyalı istehsalçı tamamilə HDR10 + -ə investisiya qoyur.

Dolby Vision dəstəyini təklif edən əsas markalar sırasına LG, Sony, TCL Vizio daxildir. Dolby Vision dəstəyi də modeldən modelə görə fərqlilik göstərə bilər. Televizor satın almadan əvvəl almağı düşündüyünüz modelin bütün xüsusiyyətlərini nəzərdən keçirməlisiniz. Dolby Vision ilə işləyirsə, bu dəstək dəqiq şəkildə xüsusiyyətlər sırasında qeyd edilir.


Dolby Vision üçün başqa nəyə ehtiyac var?

Dolby Vision tərəfindən dəstəklənən televizor və ya smartfon və planşet kimi digər cihazlara əlavə olaraq Dolby Vision məzmun mənbəyi də lazımdır. Ən çox 4K Ultra HD Blu-ray diskləri Dolby Vision-u dəstəkləyir. Netflix, Amazon Prime Video iTunes kimi xidmətlər həm görüntü həm də orijinal məzmun üçün bu dəstəyi təklif edir.

Disney+ və Apple TV+ kimi tezliklə yayımlanacaq məzmun xidmətləri də Dolby Vizionunu müəyyən bir səviyyədə dəstəkləyəcəklərini açıqladı. Dolby'nin populyar səs formatı olan Dolby Atmos da bu yeni xidmətlər tərəfindən dəstəklənəcəkdir.

Dolby Vision hazırda televiziya verilişləri üçün əlçatmazdır. Hal-hazırda HDR məzmununun hava ilə ötürülməsi prosesi nadir görünür. HDR dəstəkləyən televiziya yayımları, aşağı lent genişliyini kifayət qədər hesab edən HDR10 və ya HLG kimi statik formatlar tərəfindən dəstəklənir.

Set-top box, oyun konsolu və ya Blu-ray pleyerindən istifadə edərək video məzmununu seyr edirsinizsə, Dolby Vision dəstəkləyən bir cihaza ehtiyac vardır. Məsələn, Apple TV 4K Dolby Vision dəstəyinə malikdir. Ancaq yaşlı nəsil Apple TV HD bunu dəstəkləmir. Microsoftun Xbox One S  Xbox One X oyun konsolları da 2018-ci ildən Dolby Vision-u dəstəkləyir. Sony'nin PlayStation oyun konsolları Dolby Vision'u dəstəkləmir.

Nəhayət, Dolby Vision dəstəkləyən cihazı seçdikdən sonra uyğun bir HDMI kabeli də tələb olunur. Dolby Vision dəstəyi olan bir kabel seçdiyinizdən əmin olun. "HDMI Premium Certified" etiketinə sahib olan hər hansı bir kabel ideal seçim olardı. Daha aşağı sürətə malik kabellər də işləyə bilər, lakin buna tam zəmanət verilmir.Premium sertifikatlı HDMİ kabellərinin qiymətinin çox yüksək olmaması da üstünlükdür.

Ən Sonuncu Bloqlar

White Hat SEO ve Black Hat SEO arasindaki ince xett

White Hat SEO və Black Hat SEO arasındakı incə xətt

White hat SEO nədir ? Black hat SEO nədir? Düzgün SEO strategiyası

Twitter-de izleyici sayini artirma yollari

Twitter-də izləyici sayını artırma yolları

Twitter-də izləyici sayını artırma yolları, Twitterdə paylaşımlar necə hazırlanmalıdır.

Chatbot Nedir? Chatbotlarin meqsedi nedir

Chatbot Nədir? Chatbotların məqsədi nədir

Chatbot`ların məqsədi nədir ? Biznesiniz üçün Chatbotun önəmi və faydası

Uzaqdan nece bir biznes yaradicisi olmaq olar?

Uzaqdan necə bir biznes yaradıcısı olmaq olar?

Uzaqdan işləmək üçün vacib amillər,Uzaqdan işləyən bir iş həmkarının nəyə ethiyacı vardır?

E-Ticaret nedir? E-Ticarete nece baslaya bilerem?

E-Ticarət nədir? E-Ticarətə necə başlaya bilərəm?

Elektron ticarət nədir ? Elektron ticarətə necə başlanmalı və elektron ticarətin növləri

Saytinizin acilis suretini test etmek ucun 4 alet

Saytınızın açılış sürətini test etmək üçün 4 alət

Saytınızın açılış sürətini test etmək üçün 4 alət, Page Speed nədir ?

İnstagram sehifenize diqqet cekmeyin 4 yolu

İnstagram səhifənizə diqqət çəkməyin 4 yolu

İnstagramda diqqət şəkməyin yolları, İnstagram paylaşımlarını nə zaman etmək lazımdır?