Correct Technology

Bulud serveri (cloud server) - Məlumatların və proqramların virtual serverlər vasitəsilə fasiləsiz işlədiyi bütün sistemdir. Bulud serverləri öz mənbələrini virtual bir depodan əldə edir və dərhal yeniləmələri həyata keçirə bilər. Məlumat mərkəzindən asılılığı olmayan bulud serverləri istifadə müddətlərinə görə qiymətləndirilir. Beləliklə, bulud serverlərinin qiymətləri əlçatan olur və büdcəyə qənaət etmək imkanı verir.Bulud texnologiyası dünyada informasiya texnologiyalarının inkişafında nəhəng addım kimi qiymətləndirilir.Sadə şəkildə desək, yeni nəsil onlayn saxlama texnologiyasıdır.Dünya daxilində cloud computing adıyla bilinən bulud texnologiyası nədir və necə istifadə edilir deyə maraqlanırsınızsa mövzunun dərinliklərinə enməniz lazımdır. Rabitə və informasiya texnologiyaları bulud sistemi ilə tamamilə yeni bir perspektiv qazanmışdır.


Cloud Texnologiyası necə işləyir

Rəqəmsal bir şəbəkə istifadə edərək çox sayda server bağlantıları həyata keçirmək bulud texnologiyası adlanır. Keçmiş zamanlarda veb serverlər tək kompüter kimi işləyirdi. Bəzi hallarda bu istifadəçi təcrübəsinin yetərsiz olmasına, saytınızın yavaş işləməsinə və ziyarətçilərin sayının azalmasına səbəb olurdu. Nümunə olaraq demək olar ki,bu halda veb saytınızın serveri eyni anda ən çox 500 nəfərə cavab verə bilmə qabiliyyətinə sahib olardı. Saytınız məşhurlaşdıqca isə ziyarətçilərin sayı artacaq və serveriniz artıq tələbə cavab verə bilməyəcəkdi. Bulud texnologiyasının nə etdiyi sualına cavab budur.

Sisteminizi bulud hesablama tətbiqetmələrinə köçürdüyünüz zaman sistem bir provayder tərəfindən təchiz edilmiş minlərlə kompüterlə işləməyə başlayır.Bulud sistemini ortaq olaraq istifadə edən saytların bəziləri populyar, bəziləri az maraq göstərilən olsa da, bütün saytlar eyni şəbəkədən istifadə edir. Məşhur saytlara daha çox resurs ayıran bulud sistemi, az görünən domenlərə daha az resurs ayıraraq, istifadəçi təcrübəsini maksimum dərəcədə artıraraq şəbəkələri istifadə edən bütün sistemləri tarazlaşdırır.



Cloud serverlərinin üstünlükləri

Aşağı qiymət : İstər nəhəng bir şirkətə istərsə də, kiçik bir ailə biznesinə sahib olun, ofisinizdə bir məlumat sistemi quraşdırmaq həmişə yüksək rəqəmlərə ehtiyac duyacaqdır.Virtual server icarəsi ilə bulud sisteminə daxil olub,kiçik maliyə vasitəsilə işinizi artırmaqdan zövq ala bilərsiniz. Bulud server qiymətlərinin üstünlüyü buradan irəli gəlir: İstifadə etdiyiniz qədər pul ödəyirsiniz.

İş sahəsi genişlənər : Bulud serverləri İnternetə qoşulduğunuz müddətcə bütün məlumatlara, proqramlara, analizlərə, veb saytlara, CRM tətbiqlərinə və işlə əlaqəli hər şeyə daxil olmağa imkan verir. 

Verilənləriniz qorunur : Buludun ən yaxşı faydası sizə alternativ ehtiyat variantları təklif etməsidir. Verilənlərinizin təhlükəsizliyi üçün onları bir deyil, bir neçə alternativ yerədə saxlaya bilərsiniz. 

Yüksək səmərəlilik əldə edirsiniz : Virtual serverlər çox vaxt maksimum səmərəliliyi əldə edə biləcək proqramlar ilə kodlaşdırılır. Proqram təminatı ilə təyin olunan şəbəkələr üzərində bir neçə ümumi tətbiqetmədən istifadə edən virtual serverlər oxşar xüsusiyyətlərə malik serverlərdən daha effektiv işləyir.


Cloud Server Quraşdırma

Bulud serverinin quraşdırılması üçün məsləhətləşə biləcəyiniz bir çox şirkət olsa da, yüksək məhsuldarlığı təmin edən və fasiləsiz xidmət göstərə biləcək şirkətlərdən kənara çıxmamaq məqsədəuyğundur. Bir bulud server icarə xidməti alarkən nəzərə alınmalı olan digər şeylər:

Ən Sonuncu Bloqlar

White Hat SEO ve Black Hat SEO arasindaki ince xett

White Hat SEO və Black Hat SEO arasındakı incə xətt

White hat SEO nədir ? Black hat SEO nədir? Düzgün SEO strategiyası

Twitter-de izleyici sayini artirma yollari

Twitter-də izləyici sayını artırma yolları

Twitter-də izləyici sayını artırma yolları, Twitterdə paylaşımlar necə hazırlanmalıdır.

Chatbot Nedir? Chatbotlarin meqsedi nedir

Chatbot Nədir? Chatbotların məqsədi nədir

Chatbot`ların məqsədi nədir ? Biznesiniz üçün Chatbotun önəmi və faydası

Uzaqdan nece bir biznes yaradicisi olmaq olar?

Uzaqdan necə bir biznes yaradıcısı olmaq olar?

Uzaqdan işləmək üçün vacib amillər,Uzaqdan işləyən bir iş həmkarının nəyə ethiyacı vardır?

E-Ticaret nedir? E-Ticarete nece baslaya bilerem?

E-Ticarət nədir? E-Ticarətə necə başlaya bilərəm?

Elektron ticarət nədir ? Elektron ticarətə necə başlanmalı və elektron ticarətin növləri

Saytinizin acilis suretini test etmek ucun 4 alet

Saytınızın açılış sürətini test etmək üçün 4 alət

Saytınızın açılış sürətini test etmək üçün 4 alət, Page Speed nədir ?

İnstagram sehifenize diqqet cekmeyin 4 yolu

İnstagram səhifənizə diqqət çəkməyin 4 yolu

İnstagramda diqqət şəkməyin yolları, İnstagram paylaşımlarını nə zaman etmək lazımdır?