Correct Technology

B2B və B2C marketinq

B2B - İngilis dilində açılışı “ Business to business” olan bu terminin bizim dilimizdə qarşılığı “biznesdən biznesə” deməkdir.  Bu şirkətlər arası ticarət, marketinq və satış üçün verilmiş qısa addır. Bu, bir şirkətin məhsul və xidmətlərinin başqa bir şirkətə satıldığı anlamına gəlir. B2B marketinqinə nümunə olaraq reklam agentliklərini, hostinq xidmətlərini, qrafik dizayn xidmətlərini, ofis-mebel istehsalçılarını və s. göstərmək olar. Məsələn, Reklam agentlikləri müştərisi olduqları şirkətin tələblərinə uyğun olaraq yaradıcı dizaynları istehsal edir və bu dizaynların həyata keçirilməsini təmin edir. Yəni öz məhsulunu başqa bir şirkətə satır.

B2B marketinqdə satış komandası əsas rol oynayır. Burda satış menecerindən daha çox bacarıqlar, satış texnikalarını bilmək tələb olunur. Buraya potensial müştərilərin düzgün seçilməsi, “soyuq telefon zəngi” bacarığı, görüş “almaq” bacarığı, təqdimat bacarığı və s. daxildir. “Soyuq telefon zəngi” o mənada işlənir ki, bu, gündəlik telefon danışıqlarımızdan əsaslı şəkildə fərqlənir. Burada söhbət hər hansı informasiya xarakterli telefon danışığından deyil, qarşı tərəfi – tanımadığımız, səsini eşitmədiyimiz bir şəxsi inandırmaqdan, maraqlandırmaqdan gedir.B2B satışda potensial müştəriləri müəyyən etmək daha asandır. Çünki şirkətlər, təşkilatlar haqda məlumat bazası daha sistemli şəkildə mövcud olur, daha əlçatan olur.

B2C - İngilis dilində “Business To Customer” olan termin "Biznesdən Müştəriyə" kimi tərcümə olunur. Ən çox istifadə edilən e-ticarət üsuludur. Ev təmizləmə xidmətləri, restoran və pərakəndə mağazalar B2C şirkətlərinin nümunəsi kimi qeyd etmək olar.Hər bir pərakəndə satış üçün çox vacib olan B2C modelində şirkətlər öz virtual mağazalarında məhsul və xidmətlər təqdim edərək, istehlakçıları ilə saytlar vasitəsilə əlaqə quraraq, axtardıqlarını  online ya da offline satışı tamamlamaları üçün planlar tərtib edirlər. Amazon B2C modelinin bir nümunəsidir.İnternetə çıxışı olan hər kəsə istənilən vaxt fərqli yerlərdən gələn hər cür məhsul təklif edir.

B2B və B2C arasındakı fərqlər nədir?

Öyrəndiyimiz kimi B2B şirkətlərə, B2C isə istehlakçılara xidmət edir.

Adları qeyd edilən terminlər bir proses olaraq satışın növləridir. Onlardan əlavə olaraq, biz C2C və B2G adlarını da çəkə bilərik. 

B2G (Business to Government)  - dövlət qurumlarına və təsisatlarına olan satışdır. 

C2C - İngiliscə “Customer To Customer” olan termin "Müştəridən müştəriyə" kimi tərcümə olunur. C2C, e-ticarətdə istehlakçıların onlayn alış-verişidir. Dünyada E-bay C2C-nin ən tanınmış nümunəsidir. Ölkəmizdə isə lalafo.com-u misal göstərmək olar.C2C evinizi və ya avtomobilinizi başqasına satmaq və ya almaq, ikinci əl məhsulu satmaq və auksion ilə məhsullar almaq məqsədi daşıyır.




Ən Sonuncu Bloqlar

Meta taglari nedir, Metalar duzgun nece istifade edilmelidir

Meta tagları nədir, Metalar düzgün necə istifadə edilməlidir

Meta etiketləri nədir ? Meta description tagında düzgün istifadə edilmə qaydası və digər meta tagları

Veb saytda H (heading) ve duzgun istifade edilmesi

Veb saytda H (heading) və düzgün istifadə edilməsi

H (Heading) etiketi nədir? Heading etiketinin istifadəsində ən çox buraxılan xətalar.

Google Panda ve Penguen alqoritmleri 2021

Google Panda və Penguen alqoritmləri 2021

Google axtarış alqoritmi necə işləyir? Google Panda alqoritmi nədir ? Google Penguen alqoritmi nədir ?

Google Trends nedir ? Google Trends 2021

Google Trends nədir ? Google Trends 2021

Google Trends Nədir ? Elektron ticarət saytınız üçün Google Trends-dən necə faydalana bilərsiniz?

Robots txt fayli nedir? Nece istifade olunur

Robots txt faylı nədir? Necə istifadə olunur

Robots.txt faylı nədir ? Robots.txt faylının əmrləri, Axtarış sistemlərinin botları

Google cezalari ve sebebleri

Google cəzaları və səbəbləri

Saytınızın google axtarış sıralamasında geriləməsinə nə səbəb ola bilər. Saytımızın cəza filtrnə düşdüyünü hardan bilə bilərik. Cəza filtrininə düşmə səbəbləri

LottieFiles nedir? LottiFiles ile animasyalar

LottieFiles nədir? LottiFiles ilə animasyalar

Veb saytlarınıza , Mobil tətbiqlərinizə rəng qatacaq animasyalar, LottieFiles nədir?