Google axtarış alqoritimləri milyonlarca veb saytı axtarış nəticələrinə görə sıralayır və kateqoryalandırır. İstifadəçilərin davranışlarını və açar sözləri analiz edərək axtarış nəticələrində ən uyğun məlumatları təqdim edir.
Google axtarış alqoritmi necə işləyir?
Google alqoritmi, axtarışınız üçün ən uyğun nəticəni tapmaq üçün hazırlanmışdır. Axtarış alqoritmləri, sorğundakı sözlər, açar sözlər və veb saytın aktuallığı kimi amillər sizə ən yaxın axtarışı tapmaq üçün nəzərə alınır. Bundan əlavə, daha əvvəl ziyarət etdiyiniz veb saytlar haqqında məlumat alır və axtarışlarınızı bu saytlara uyğun qiymətləndirir.
Google-un keçmişdən bu günə qədər olan alqoritm siyahısı.
Google, ən dəqiq SEO uyğunluğunu əldə etmək və veb saytınızın ön sıralarda çıxmasını təmin etmək üçün zamanla müxtəlif yeniləmələr edərək özünü inkişaf etdirmişdir. İndiyə qədər edilən yeniləmələri aşağıdakı kimi sıralaya bilərik:
- Panda
- Pinqvin
- Hummingbird
- Mobil
- RankBrain
- Possum
- Fred
Google Panda alqoritmi nədir ?
Google Panda Alqoritmi, 24 Fevral 2011-ci ildə gündəmə düşdü və haqqında çox danışıldı. Panda alqoritminin məqsədi, keyfiyyətli məzmuna sahib saytları axtarış nəticələrinin üstünə daşımaq və zəif məzmunu olan veb saytları axtarış nəticələrində aşağı sıralamalara salmaqdır. Məqsəd istifadəçilər üçün ən faydalı məlumatı axtarış nəticəsində yer almasıdır.
Google Panda alqoritminin ilk işə salındığı zaman bir adı yox idi və bir çox SEO meneceri tərəfindən "Farmer " adlandırıldı.Hər kəsin Farmer kimi qəbul etdiyi bu alqoritmin adı bir müddət sonra Google tərəfindən "Panda" olaraq dəyişdirildi. Panda: Bu alqoritmin yaradıcısının soyadı Navneet Pandadır. Panda alqoritmi ilk dəfə işə salındıqda, bir çox mütəxəssis alqoritmin spam geri bağlantıları hədəf aldığını düşünürdü, lakin bir müddət sonra məsələnin məzmun keyfiyyəti ilə əlaqəli olduğu məlum oldu.Başqa bir təəccüblü inkişaf odur ki, alqoritm keyfiyyətsiz məzmunu olan səhifələrdən daha çox saytı təsir edir.
Google Penguen alqoritmi nədir ?
Google Penguen, Google'ın 2012-ci ilin aprel ayında təqdim etdiyi bir axtarış alqoritmi yeniləməsidir. Google Panda ilə yanaşı, Penguin yeniləməsi, Google tərəfindən keyfiyyətsiz məzmun və Black Hat SEO link qurma taktikaları ilə mübarizə üçün nəzərdə tutulan böyük bir təşəbbüs idi. Penguen təqdimatından bəri bir neçə dəfə yeniləndi və 2016-cı ildə Google-un əsas alqoritminin bir hissəsi oldu.
Panda, əsasən məzmunun keyfiyyəti ilə məşğul olduğu halda, Penguen alqoritimi googlenin axtarış nəticələrini manipulyasya etməyə çalışan veb saytları tapıb onları cəzalandıran alqoritimdir. Axtarış nəticələrinin manipulyasya dedikdə veb saytın açılış səhifəsinin dəyişdirilməsi və backlink üzərindən edilən black hat seo işləri nəzərdə tutulur.