Correct Technology

CRM (Customer Relation Management) müştəri münasibətlərinin idarə olunması mənasını verir. Şirkətlərin müştəriləri ilə münasibətlərini daha təsirli,səmərəli və gəlirli hala gətirən tətbiqlərin məcmusudur. CRM termini bu gün daha çox müştəri münasibətlərini idarə etmək üçün hazırlanmış proqram tətbiqlərini təsvir etmək üçün istifadə olunur.CRM tətbiqləri, təşkilatlara bütün müştəri əlaqələrinin bir mənbədə qeyd olunduğu və satış prosesinin izlənilə biləcəyi bir platforma təmin edir.


CRM nə üçün istifadə edilir?

Tipik bir CRM tətbiqi, müştəri ilə yaradılan ilkin əlaqədən etibarən,satışdan sonrakı xidmətlərə qədər olan bütün satış mərhələlərini asanlıqla izləmək üçün bir çox xüsusiyyətləri özündə cəmləşdirir. Müəssisə icraçıları CRM proqramlarından satış prosesini idarə etmək, satış fəaliyyətini ölçmək və bu fəaliyyəti inkişaf etdirmək üçün istifadə edirlər.Tətbiqdən istifadə icraçılara satış təkliflərini hazırlamaq, sifarişləri izləmək, keçmiş satışlara birbaşa keçid etmək və qeydə alınan bütün məlumatları istənilən vaxt əldə etmək və onlardan istifadə etmək imkanı verir.

Saysız-hesabsız elektron məktubların,müxtəlif excel sənədlərin və əl ilə qeydə alınmış müştəri qeydlərinin əksinə, CRM müəyyən struktur şəklində qeydə alınan məlumatları,şirkət işçilərinin istənilən vaxtda əldə etmələrini təmin edir.CRM tətbiqlərindən istifadə edən istənilən şirkətin müştərisi şirkətə zəng etdikdə, zəngə cavab verən şəxs müştərini tanımadığı təqdirdə belə,tez bir zamanda sistemdə mövcud olan müştəri məlumatlatını əldə edərək daxil olan sorğuları cavablandıra,həmçinin müştəri tərəfindən daxil olan yeni tələbləri də CRM-də qeyd edərək iş yoldaşları üçün əlverişli mühit yarada bilər.Personal üzvlərinin müştərilərlə necə münasibət qurduğunu,müştərilərin hansı məhsul və xidmətləri aldığını,nə zaman aldıqlarını və bu kimi digər fəaliyyətləri görə bilməsi şirkətlərdə komanda gücünün və məhsuldarlığın artmasına səbəb olur.


CRM-in üstünlükləri nədir?

CRM proqramları keçmişdə quraşdırılma xərcləri,uzun və mürəkkəb təlimlər tələb etdiyinə görə sadəcə irimiqyaslı şirkətlər tərəfindən istifadə edilirdi. Günümüzdə isə bulud texnologiyasının təkmilləşdirilməsi ilə daha asan və daha çox istifadəçi yönümlü proqramın inkişaf etməsi nəticəsində kiçik müəssisələrin CRM proqramlarının təmin etdiyi bütün üstünlüklərdən yararlanması mümkün olmuşdur. Bulud əsaslı CRM-lər, quraşdırılma, istifadə və yerləşdirmə xərclərini aradan qaldırmaqla, internet vasitəsilə istənilən yerdən müştəri və satış məlumatlarına giriş imkanı təmin edir. Mobil tətbiq dəstəyi təklif edən bir CRM ilə sahədə işləyən komandalar, müştərilərlə görüşə gedən satıcılar, xidmətə gələn xidmət personalı dərhal ehtiyac duyduqları bütün məlumatları əldə edə, məlumatları daxil edə və ofisə qayıtmadan komanda yoldaşları ilə paylaşa bilər.


CRM seçərkən nələrə diqqət yetirmək lazımdır?

CRM tətbiqləri araşdırıldıqda, proqramlar arasında ümumi oxşarlıqlar var, lakin onlar arasında bəzi əsas fərqlər də müşahidə olunur.İstifadə ediləcək proqramı seçərkən şirkətlər əvvəlcə ehtiyaclarını yaxşı analiz etməli və bu ehtiyacları ödəyə biləcək və bütün komanda tərəfindən asanlıqla istifadə oluna biləcək proqrama müraciət etməlidirlər. CRM proqramını təyin edərkən qiymət vacib bir meyar kimi görünsə də, real həyatda ən vacib meyar istifadə rahatlığıdır.Komandanızın istifadə edə bilmədiyi və səmərəlilik əldə edə bilməyəcəyiniz bir CRM proqramı üçün nə qədər pul ödədiyinizin əhəmiyyəti azdır.


Ən Sonuncu Bloqlar

Mobil SEO nedir ve onun ustunlukleri nelerdir?

Mobil SEO nədir və onun üstünlükləri nələrdir?

Mobile SEO Tətbiqin qısa və geniş təsviri mətni nədir ? Mobile SEO tətbiqin optimizasyası

Conversational Marketinq nedir? Ustunlukleri nelerdir

Conversational Marketinq nədir? Üstünlükləri nələrdir

Conversational Marketinq hansı üstünlükləri təqdim edir?Conversational Marketinqdə chat botlarin rolu nədir?

Reqemsal yoxsa Enenevi Marketinq?

Rəqəmsal yoxsa Ənənəvi Marketinq?

Rəqəmsal marketinq nədir ? Ənənəvi marketinqin üstünlükləri ,Ənənəvi Marketinqin Dezavantajları, Rəqəmsal marketinqin üstünlükləri

SEO ucun Adaptiv yoxsa Responsiv dizayn?

SEO üçün Adaptiv yoxsa Responsiv dizayn?

Adaptiv dizayn nədir ? Responsiv dizayn nədir ? Google niyə responsiv dizaynı dəstəkləyir. Bəs ümumi götürdükdə hansı dizayn sizin üçün daha yaxşıdır ?

Viral Marketinq nedir? Viral Marketinq Texnikasi

Viral Marketinq nədir? Viral Marketinq Texnikası

Viral Marketinq nədir? Auditoriyanın diqqətini çəkmək və Hədəf kütləsinin və kommunikasiya kanallarının düzgün seçilməsi

Veb sayt ucun UX dizayn ve dizayn meslehetleri

Veb sayt üçün UX dizayn və dizayn məsləhətləri

İstifadəçilərə çox rahat və sadə interfeys təqdim etməliyik. Bu yazımızda UX dizaynla əlaqəli bəzi məsləhətlərimizi paylaşmaq istərdik.

Meta taglari nedir, Metalar duzgun nece istifade edilmelidir

Meta tagları nədir, Metalar düzgün necə istifadə edilməlidir

Meta etiketləri nədir ? Meta description tagında düzgün istifadə edilmə qaydası və digər meta tagları