Correct Technology

Bir smartfon alarkən diqqətə alınmalı şeylərdən biri də ekran texnologiyasıdır. Texnologiyanın hər gün fərqli bir yeniliklə gündəmə gəlməsi ekran texnologiyasında yeni zəmin yaratmağa davam edir. Smartfon ekran texnologiyalarından biri olan Amoled ekran texnologiyası ilə hər şey daha aydın və daha parlaqdır.


Amoled - Active Matrix Organic Light Emitting Diode sözlərinin baş hərflərinin birləşməsidir və aktiv matriks şəklində üzvi işıq yayan diod mənasını verir.Adətən smartfonlarda, ağıllı saatlarda, mobil qurğularda, planşet və kompüterlərdə, noutbuklarda və televizorlarda geniş yayılmış bir texnologiyadır. Əslində, bu gün populyar olmasına baxmayaraq, yaranması 2008-ci ilə təsadüf edir.Təməli OLED texnologiyasına əsaslanır və xüsusilə aşağı enerji istehlakı xüsusiyyəti ilə portativ cihazlarda geniş istifadə olunur.


Samsung tərəfindən hazırlanmışdır

Bu texnologiyaya ilk dəfə Samsungun son illərdə istehsal etdiyi Samsung Amoled Televizorlarında  rast gəlmişik.Təxminən 3 sm qalınlığa sahib olan bu ekranların ən önəmli özəlliyi yüngül və incə olmasıdır.Son zamanlarda bir çox smartfonlarda bu texnologiyaya rast gəlinir. Amoled ekranların müəyyən zaman ərzində LCDLED və OLED ekranlarını əvəz edəcəyi gözlənilir.Amoled displeyləri indi bir çox markada görmək mümkündür,lakin Samsung markası onun yaradıcısı hesab olunur.


AMOLED ekranların xüsusiyyətləri

Amoled displeylərdə hər piksel ayrıca işıqlandırılır və görüntü bu şəkildə ərsəyə gəlir. Digər displeylərdə olsuğu kimi arxa işıqlandırmağa ehtiyac duymur. Ən çox yaranan qaranlıq rənglərin daha açıq görünməsi problemi də beləliklə aradan qaıdırılmışdır. Parlaqlıq baxımından, LCD ekranlar ilk və mükəmməl kimi sayılsa də, Amoled ekranların zaman ərzində yayılması və Super Amoled və Full HD Super Amoled-in buraxılması parlaqlıq fərqini minimuma endirdi. Amoled ekranlar digər ekranlara nisbətən daha incədir. Hətta müəyyən bir bucaq altında əyilə bilər.Ekranın qalınlığı baxımından da digərləri ilə arasında fərqi qoyur.


AMOLED ekranlarının işləmə müddəti

Amoled displeyli smartfonlarda ən çox rast gəlinən problemlərdən biri də Burn-In problemidir. Ekranda izlər saxlaya bilər ki, bu da uzun müddət ərzində istifadəçisini narahat edə bilər.Amoled edilmiş displeylərdə işıq yayan piksellər zamanla öz funksiyasını düzgün yerinə yetirməyə bilər.Ekranda cihazın bəzi nişanlarını,status nişanlarını və hətta klaviaturanı göstərə bilər. Bunun səbəbi, interfeysdəki düymələrin ağ olması və bu ağ işığın yarana bilməsi üçün qırmızı, mavi və yaşıl işıqların eyni anda yanmasıdır. Amoled ekranların daha uzunömürlü olması üçün etməli olduğunuz ilk şey, ekranın parlaqlığını azaltmaqdır.Həmçinin ekranın işləmə müddəti nə qədər qısa olarsa,sağlam şəkildə işləməsi bir o qədər də davam edəcəkdir.Amoled ekran divar kağızları olduqca məşhurdur. Bununla birlikdə qara divar kağızı ilə həm telefonunuzun batareyasını, həm də ekranın ömrünü uzada bilərsiniz.


Son olaraq bunu qeyd etmək lazımdır ki, ən son texnologiya olmasının və ya bütün tətbiqləri bir baxışla açmaq funksiyasının olması təbii ki,üstünlükdür,lakin indiki zamana qədər ən böyük smartfon problemi olaraq telefonun enerji saxlama qabilyyəti bilinməkdədir.Hazırda inkişaf etdirilən “aşağı güc rejimi” funksiyası ilə telefon enerjisinin istifadə zamanını uzatmaq mümkündür, lakin bunlar gündəlik idarə edə biləcəyimiz şeylərdir. Telefonun uzun bir xidmət ömrü və çox enerji ömrü olması, əsasən ekranlara həvalə edilmişdir. Bu baxımdan da Amoled ekran texnologiyası daha üstündür. Amoled displeylərdə,LCD ekranla müqayisədə arxa işıq olmadığı üçün həmin zonadakı pikselləri söndürərək qara zonaları işıqlandırır.Buna görə də digərlərindən daha az enerji istehlak edir.

Ən Sonuncu Bloqlar

Mobil SEO nedir ve onun ustunlukleri nelerdir?

Mobil SEO nədir və onun üstünlükləri nələrdir?

Mobile SEO Tətbiqin qısa və geniş təsviri mətni nədir ? Mobile SEO saytların optimizasyası

Google Analytics 4 tezlikle Universal Analytics-i evez edecek!

Google Analytics 4 tezliklə Universal Analytics-i əvəz edəcək!

Google Analytics 4-də hansı yeniliklər var? Saytlar üçün google analyticsin nə yenilikləri var

SEO ucun Adaptiv yoxsa Responsiv dizayn?

SEO üçün Adaptiv yoxsa Responsiv dizayn?

Adaptiv dizayn nədir ? Responsiv dizayn nədir ? Google niyə responsiv dizaynı dəstəkləyir. Bəs ümumi götürdükdə hansı dizayn sizin üçün daha yaxşıdır ?

Reqemsal yoxsa Enenevi Marketinq?

Rəqəmsal yoxsa Ənənəvi Marketinq?

Rəqəmsal marketinq nədir ? Ənənəvi marketinqin üstünlükləri ,Ənənəvi Marketinqin Dezavantajları, Rəqəmsal marketinqin üstünlükləri

Conversational Marketinq nedir? Ustunlukleri nelerdir

Conversational Marketinq nədir? Üstünlükləri nələrdir

Conversational Marketinq hansı üstünlükləri təqdim edir?Conversational Marketinqdə chat botlarin rolu nədir?

İstifadeci terefinden yaradilan mezmun (UGC) nedir?

İstifadəçi tərəfindən yaradılan məzmun (UGC) nədir?

UGC nədir? UGC-in faydaları nələrdir? UGC nümunələri və UGC marketinq strategiyası nədir.

Portal nedir ?

Portal nədir ?

Portal Nədir? Portalın normal saytlardan fərqi? Korporativ portal nədir ?