Correct Technology

         Müasir dövrdə internet insanlar arasında ən çox istifadə olunan ünsiyyət və paylaşım vasitələrindən biridir. Təşkilatlar, özəl müəssisələr, şirkətlər internet vasitəsi ilə müştəriləri, xidmət etdikləri şəxslər ilə əlaqə saxlayır, öz xidmətlərini təqdim edirlər. 

          Nə üçün təşkilat və ya şirkətin veb saytını hazırlatmalıdır? Veb sayt dövrümüzdə təşkilatın və şirkətin əsas marka və prestij göstəricilərindən biri olaraq qəbul olunur . İlk dəfə sizin təşkilatın adının eşidən bir şəxsin, ilk edəcəyi iş internetdə sizin haqqında araşdırma aparmaq olacaqdır. Bu zaman onun qarşısına çıxan cəlbedici dizaynlı, funksiyanal veb sayt sizin haqqınızda müsbət fikir yaradacaqdır. Veb saytınızın hazır olması insanlarda sizə qarşı inam və etibarlılıq hissini formalaşdırır. Markalaşma yolunda veb saytınızın olması vacibdir. Bu sizin öz yerini tutmuş, prestiji bir təşkilat və ya şirkət olduğunuzu göstərir. Veb sayt ilə xidmət göstərdiyiniz insanlarla daha sürətli məlumat mübadiləsi apara bilirsiniz. İnternet sizin üçün daha geniş və ucuz başa gələn reklam vasitəsidir. Buna görə də veb saytınız sizə daha çox müştəri cəlb edəcəkdir.

Veb saytın hazırlanması xidmətinə daxildir:

  •  Modern görünüşlü və sürətli veb saytın hazırlanması;
  •  Responsive dizayn (kompyuter, planşet və mobil formaları);
  •  Veb Saytınızı asalıqla idarə edə biləcəyiniz idarə paneli;
  •  Veb saytınızın Domeyn alınması;
  •  Yüksək performans göstərən Hostinq (server) paketi;
  •  Veb saytın SSL (təhlükəsizlik) sertifikatı ilə təmin olunması; 
  •  Domeynə bağlı professional biznes email adresləri ilə təmin olunma;
  •  Google və digər axtarış sistemlərində veb saytınınızın qeydiyyatdan keçirilməsi;
  •  Veb saytların daxili SEO-ya uyğun olaraq hazırlanması;
  •  Veb sayt dizaynının istəyinizə uyğunlaşdırılması;

Veb Saytın Hazırlanma Mərhələləri

1. Veb Sayt üçün Məlumatların Toplanması və Təhlili.

Veb saytların ilkin yığılması mərhələsində sayta bütün lazım olan və olmayan məlumatları dəqiqləşdirilir. Nümunə saytlar təhlil edilir. Saytda olmağını isdədiyiniz funksyalar qeyd edilir.

2. Texniki Tapşırığın Hazırlanması.

Veb saytın hazırlanması üçün texniki tapşırıq ətraflı şəkildə yazilib hazirlanir və sayt üçün lazim olan bütün materyal (şəkil, video, document) əldə edilir.Veb Saytın hazırlanması komandamız tərəfindən müzakirə edilir və uyğun texnologya seçilir.

3. Veb Saytın İdarəsi.

Veb saytın müşdərilərimiz tərəfindən asanlıqla idarə edilə bilməsi üçün idarə paneli hazırlanır. İdarə panelinə telefon, planşetlədə daxil ola bilərsiniz. Bu panel vasitəsi ilə siz saytınıza yeni materyallar əlavə edə,redaktə və silə bilərsiniz.

4. Veb Saytın Dizaynının Hazırlanması.

Yuxarıda qeyd olunan bəndlər diqqətlə nəzərdən keçirildikdən sonra əsas səhifənin və saytın sonrakı səhifələrinin yığılması başlanır. Şirkətin korporativ rənglərində icra edilən real məzmun, fotoşəkil və şirkət loqosu olan səhifələrin maketi hazırlanır və vizual yerləşdirilməsi həyata keçirilir. Dəyişikliklər etmək üçün bu mərhələdən istifadə edin. Bundan sonra, işin müxtəlif mərhələlərində təsdiq üçün sizə müxtəlif maket və prototipləri təqdim edəcəyik. Sayt sifarişi zamanı sonrakı mərhələlərdə dəyişikliklər etmək çox səy və zaman tələb edəcək. Buna görə də, bu mərhələdə hər şeyi diqqətlə nəzərdən keçirməyiniz xahiş olunur. 

5. Layihənin Başa Çatdırılması və İstifadəyə Verilməsi.

Bu mərhələdə veb sayta aid olan bütün materyallar yerləşdirilir və səhifələr hazır edilir. Saytın bütün alqoritimləri test edilir yarana biləcək təhlükəsizlik problemləri aradan qaldırılır. Son olaraq sayt hər kəsin daxil ola bilməsi üçün istifadəyə verilir.