50 ₼-dan yuxarı sifarişlərdə Bakı daxili çatdırılma pulsuzdur
Correct Technology
Ana səhifə Bütün məhsullar
Kateqoriyalar
Tranzistorlar Sensorlar Akselerometr GiroskopAqrotexnikiAtmosferikBiometrik/TibbiÇəkiDiger SensorlarƏyilmə/TitrəyişHərəkət/MəsafəMaqnit SahəOptikQazVolt/Ampermetr Modullar ÇeviriciDigər ModullarEkranİdarəetməKameraKommunikasiyaLEDReleRequlyatorSəs Dəstlər Maker (Do-it-yourself) DəstlərMikrokontroller DəstləriRaspberry Pi DəstləriRobot DəstlərSTEAM Tədris Dəstləri Passiv komponentlər Mühərriklər və servo Alətlər və aksesuarlar Cihazlar Diaqnoztik CihazlarDigər CihazlarÖlçü CihazlarıOptik CihazlarTesterlər (Multimetrlər) Dövrə Kartları ArduinoESP32 & ESP8266Digər MikrokontrollerlərDigər mini-kompüterlərMicro BitProqramlayıcı və DebuggerRaspberry PiSTM32 Enerji Mənbəyi Alternativ EnerjiBatareyaBatareya Şarj və AksesuarDC AdapterQida Bloku Komponentlər Diger KomponentlərElektrik Açarİnduktor (Sarğac)İnteqral SxemKondensatorKonnektorLED və DiodMaqnit və ElektromaqnitMikrofonPotensiometr (Reostat)ReleRequlyatorRezistorSensor ElementSiqnallayıcıTranzistor Lehimləmə / Prototipləşdirmə BreadboardKabel / İzolyatorLehim AksesuarıLehim AlətiLehim TeliXam Lövhə Ləvazimatlar Digər Ləvazimatlarİş Masası LəvazimatıYaddaş Modulu Mexaniki Komponent QutusuKuler / RadiatorLayihə QutusuTutucu Adapter Motorlar DC MotorDigər MotorlarMotor SürücüServo MotorStepper MotorVibrasiya Motoru Simsiz Rabitə AntenaBluetooth / BLEDigər Simsiz ModullarGSM / GPSRFID / NFCSub-GHz RFWifi / 2.4GHzXbee / Zigbee
Hesab
Daxil ol Qeydiyyat
Xidmətlər
Xidmətlər — sayt, proqram, mühəndislik
Öyrən
Deneyap layihələri Bloq
Məlumat
Haqqımızda Əlaqə

NeuroMarketing

NeuroMarketing

Neyromarketinq insan beyninə təsir edən və birbaşa fikirlərə daxil olmaqla məqsədə çatmağın yollarını axtaran marketinq fəaliyyəti olaraq təyin edilə bilər. Neyromarketinq, istehlakçının şüursuz istehlak davranışlarını ölçən və əldə edilən məlumatlarla marketinq strategiyası yaradan bir sahədir.Alınan və ya alınması planlaşdırılan məhsula duyğular əsasında qərar verilər və burada da rasionallıq aşağı olar. Belə bir vəziyyətdə reklamın ənənəvi üsullarla qavranılmasını ölçmək praktiki olaraq mümkün deyil. Hətta insanlar tez-tez yaradılmış bu qavrayışdan xəbərdar olmurlar.

Fəaliyyət prinsipləri :

Neyromarketinq şifahi məlumatları daxil etmir. MR, EEG, FMRI, PDR, Eye Tracking kimi metodlarda insanların hisslərini ölçür. Fərdlərin beyin görüntüləməsi stimullara cavab olaraq aparılır və təhlil edilir.Beyindəki elektrik aktivliyindəki dəyişikliklər ölçülür və neuromarketing ölçüləri əldə edilir. Neyromarketinqlə əsas sual beyinə soruşulur və cavab alınır. Cavabın səbəbləri ənənəvi marketinq metodları ilə öyrənilir. Neyromarketinq və ənənəvi marketinq birlikdə işlədikdə nəticə daha effektiv olur.

Neyromarketinq əsasən reklamda istifadə olunur, lakin xarici reklam, qablaşdırma dizaynı, ərzaq mağazalarında rəflərin yerləşdirilməsi kimi sahələrdə də tətbiq oluna bilər. Texnologiyanın sürətli inkişafı ilə gündə yüzlərlə reklamla qarşılaşırıq. Beləliklə, bazarda rəqabət də gündən-günə artır.Buna görə də fərqli olmaq ehtiyacı yüksək səviyyədə özünü göstərir.Neyromarketinqə ehtiyac duyulan nöqtə də bura hesab edilir. Tədqiqatlara görə, parlaq paketlər daha çox diqqəti cəlb edir,peşəkarların diqqətini çəkən rəng isə mavidir.

Digər bir tədqiqat isə göstərmişdir ki,reklam plakatlarında olan şəxsin məhsul və ya yazıya baxmağı sizin də eynisini etmənizə səbəb olur. Restoran menyusundakı bahalı məhsulların qrafika və fotoşəkilləri ilə bəzədilməsi və siyahının üst hissəsində yerləşdirilməsi də neyromarketinq məlumatlarına əsaslanan bir taktikadır. 

NeuroMarketing-in insan beynində əksi :

İnsanların satın almasına qərar verən orqan yaşlı beyndir. Həyatı boyu verdiyi bütün qərarlar köhnə beyin tərəfindən qəbul edilir.İnsan beyni keçmişdən bu günə qədər heç vaxt özünü yeniləməyib.

neuro marketing

İnsan beyni üç vacib hissəyə bölünür;

  • Xarici beyin : Yeni beyin rasional məlumatları emal edir və intellektual proseslərdən məsuldur.
  • Orta beyin : Hissləri hiss edir və emal edir.
  • Köhnə beyin : qərar qəbul edən qismində çıxış edir .

Köhnə beyin :

  1. Qərar verəndir.
  2. Eqoistdir.
  3. Yaşamaq üçün proqramlaşdırılmışdır.
  4. Mətn yox, şəkilləri daha yaxşı aşkar edir.
  5. Qərarlar məntiqlə deyil, emosiyalarla qəbul edilir.
  6. Beyində satın alınma qərarı rasional əsaslarla deyil, duyğulara görə verilir.
  7. Yaşlı beyinə təsir göstərmək üçün duyğulara müraciət edilməlidir.

NeuroMarketing-də səs və rənglərin rolu :

  • Mavi, sakitləşdirici, rahatlıq, əmin-amanlıq; uğur qazanmaq
  • Qırmızı, hərəkət, inadkarlıq, liderlik; markaların üstünlüyü.
  • Sarı, canlılıq, nikbinlik; diqqətin rəngidir.
  • Yaşıl, təbiət, sükut, sülh, nikbinlik; özünə inam
  • Qara, güc, qətiyyət; lüks məhsullarda və markalarda istifadə olunur.
  • Narıncı, aqressiv rəng. satınalma; satma

Musiqi və səs tonları alış-veriş edərkən bizi alış-veriş etməyə təşviq edir: sakitləşdirər,dinclik bəxş edir və bizi rahatlaşdırır.

Brendlər timsalında istifadəsi:

Chrysler də neyromarketinq istifadə edən şirkətlər sırasındadır.Avtomobillərin kişilərin beynində yaratdığı təsiri araşdıran şirkət,idman avtomobillərinin kişilərin “mükafatlandırma” zonasında əhəmiyyətli hərəkətliliyə səbəb olduğunu təyin etmişdir. Bu məlumatlar reklam agentlikləri tərəfindən istifadə edilə bilən məlumatlar halına gəlmişdir.Abercrombie & Fitch firması isə mağazadakı rəflərin yerindən mağazada çalınacaq musiqiyə qədər hər şeyə neyromarketinq vasitəsilə qərar verir.

Klassik, lakin bu sahədə ən yaxşı hesab edilən Coca-Cola və Pepsi təcrübəsidir. Bu nümunə neyromarketinqin əhəmiyyətini vurğulamaq üçün ən yaxşısıdır. Bu üsulla bütün iştirakçılardan təcrübədən əvvəl hansı marka içki seçim etdikləri soruşulur. Sonra Coca-Cola və Pepsi içkiləri markalanmadan verilir və növbəti addımda bütün iştirakçıların bu iki içki markalarını göstərdikdən sonra içmələri gözlənilir. Bu müddət ərzində FMRI metodu istifadə olunur və iştirakçıların beynindəki bütün hərəkətlər qeyd olunur. Nəticələr illərlə aparılan tədqiqatların nəticələrini sübut etmək üçün kifayətdir. FMRI nəticələrinə görə, iştirakçılar markasız verilən Cola-ları içdikdə Pepsi ləzzətini daha çox sevirlər, lakin fərdi üstünlükləri barədə soruşulduqda Coca Cola içməyi üstün tutduqlarını qeyd edirlər.Bunun səbəbi isə hər kəs üçün olduqca maraqlıdır.

Davamını oxu

Digər yazılar

Hamısı