50 ₼-dan yuxarı sifarişlərdə Bakı daxili çatdırılma pulsuzdur
Correct Technology
Ana səhifə Bütün məhsullar
Kateqoriyalar
Tranzistorlar Sensorlar Akselerometr GiroskopAqrotexnikiAtmosferikBiometrik/TibbiÇəkiDiger SensorlarƏyilmə/TitrəyişHərəkət/MəsafəMaqnit SahəOptikQazVolt/Ampermetr Modullar ÇeviriciDigər ModullarEkranİdarəetməKameraKommunikasiyaLEDReleRequlyatorSəs Dəstlər Maker (Do-it-yourself) DəstlərMikrokontroller DəstləriRaspberry Pi DəstləriRobot DəstlərSTEAM Tədris Dəstləri Passiv komponentlər Mühərriklər və servo Alətlər və aksesuarlar Cihazlar Diaqnoztik CihazlarDigər CihazlarÖlçü CihazlarıOptik CihazlarTesterlər (Multimetrlər) Dövrə Kartları ArduinoESP32 & ESP8266Digər MikrokontrollerlərDigər mini-kompüterlərMicro BitProqramlayıcı və DebuggerRaspberry PiSTM32 Enerji Mənbəyi Alternativ EnerjiBatareyaBatareya Şarj və AksesuarDC AdapterQida Bloku Komponentlər Diger KomponentlərElektrik Açarİnduktor (Sarğac)İnteqral SxemKondensatorKonnektorLED və DiodMaqnit və ElektromaqnitMikrofonPotensiometr (Reostat)ReleRequlyatorRezistorSensor ElementSiqnallayıcıTranzistor Lehimləmə / Prototipləşdirmə BreadboardKabel / İzolyatorLehim AksesuarıLehim AlətiLehim TeliXam Lövhə Ləvazimatlar Digər Ləvazimatlarİş Masası LəvazimatıYaddaş Modulu Mexaniki Komponent QutusuKuler / RadiatorLayihə QutusuTutucu Adapter Motorlar DC MotorDigər MotorlarMotor SürücüServo MotorStepper MotorVibrasiya Motoru Simsiz Rabitə AntenaBluetooth / BLEDigər Simsiz ModullarGSM / GPSRFID / NFCSub-GHz RFWifi / 2.4GHzXbee / Zigbee
Hesab
Daxil ol Qeydiyyat
Xidmətlər
Xidmətlər — sayt, proqram, mühəndislik
Öyrən
Deneyap layihələri Bloq
Məlumat
Haqqımızda Əlaqə

Müəllimlər və şagirdlər üçün faydalı olacaq youtube kanalları

Müəllimlər və şagirdlər üçün faydalı olacaq youtube kanalları

Distant təhsil — tədris prоsesinin elektrоn, telekоmmunikasiya, prоqram-teхniki vasitələr əsasında təşkil оlunduğu fоrmasıdır.  Distant təhsil öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsi ilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata keçirir. Online formada dərs oyrənməyin bir digər ünvanı da youtube kanallarıdır. Şagirdlər çətinlik çəkdikləri , öyrənmək istədikləri mövzuları, youtube kanalları vasitəsi ilə asanlıqla öyrənə bilərlər. Bu məqaləmizdə faydalı youtube kanallari haqqında məlumat verəcəyik.

1. Elvin Əliyevin youtube kanali: Bu kanalda distant təhsilin keçirilməsini səmərəli təskil etmək üçün faydalı olan proqramlardan olan  zoom proqramının nə işə yaradığını, necə yükləndiyini, necə istifadə edildiyi barədə ətraflı məlumat verilmişdir.  Bu kanalda eyni zamanda ən muasir proqramlar, MYP dizayn,  proqramlaşdırma, robotun proqramlaşdırması, “Active İnspire” , “Moatboot”, ”Poly Up” proqramları haqqında ətraflı olaraq maraqlı videolar paylaşılmışdır. 

2.Ağıllı bala uşaq kanalı: Bu kanal əsasən məktəbəqədər və ibdidai sinifdə oxuyan şagirdlər üçün  nəzərdə tutulmuşdur. Bu kanalda şeirlər, nağıllar, uşaq mahnıları üstünlük təşkil etməkdədir. Hər bir videoda rəngarəng, maraqlı şəkillərdən, animasiyalardan, musiqilərdən istifadə edilmişdir. Bu isə uşaqlarda  öyrənməyə marağı daha da artdırır və onlar sıxılmırlar.

3. Sizə dəstək: Bu kanalda online dərslərin keçirilməsi üçün istifadə olunan proqramlar haqqında ətraflı məlumatlar məsələn teams-da dərs zamani çəkilən videonun silinməsi, sinfin logosunu və adını dəyişmək eyni zamanda virtual məktəb üçün praktik lövhələr və s. haqqında məlumatlar verilmişdir.

4. Müəllimlərə dəstək kanalında məktəbəqədər və aşağı sinif şagirdləri üçün maraqlı və əyləncəli videolar yerləşdirilmişdir. Balacalar üçün səkillərin çəkilmə qaydaları, saatin öyrənilməsi, sayma vərdişləri, toplama-çıxmanı öyrənmək və s. maraqlı videolar vardır.

5. Ordan burdan: Bu kanalda qədim Azərbaycan nağıllarının şəkilli və səsli videoları, məntiqi suallar, tapmacalar , uşaq mahnıları, quşlar, heyvanlarlar, bitkilərlə tanışlıq haqqında maraqlı   videolar vardır.

6. Nur uşaq kanalı : da uşaqlar üçün əlifba, tapmacalar, milli bayramlarımız haqqında maraqlı məlumatlar, milli dəyərlərimiz, uşaq şeirləri və s. haqqında maraqlı videolar vardır.

7. Ailəyik biz kanalı: rənglərin öyrənilməsi, məntiq, nağıllar, həndəsi fiqurlar, heyvanlar, uşaq mahnıları və s. videolar öz əksini tapmışdır.

Saytların Hazırlanması

Davamını oxu

Digər yazılar

Hamısı