50 ₼-dan yuxarı sifarişlərdə Bakı daxili çatdırılma pulsuzdur
Correct Technology
Ana səhifə Bütün məhsullar
Kateqoriyalar
Tranzistorlar Sensorlar Akselerometr GiroskopAqrotexnikiAtmosferikBiometrik/TibbiÇəkiDiger SensorlarƏyilmə/TitrəyişHərəkət/MəsafəMaqnit SahəOptikQazVolt/Ampermetr Modullar ÇeviriciDigər ModullarEkranİdarəetməKameraKommunikasiyaLEDReleRequlyatorSəs Dəstlər Maker (Do-it-yourself) DəstlərMikrokontroller DəstləriRaspberry Pi DəstləriRobot DəstlərSTEAM Tədris Dəstləri Passiv komponentlər Mühərriklər və servo Alətlər və aksesuarlar Cihazlar Diaqnoztik CihazlarDigər CihazlarÖlçü CihazlarıOptik CihazlarTesterlər (Multimetrlər) Dövrə Kartları ArduinoESP32 & ESP8266Digər MikrokontrollerlərDigər mini-kompüterlərMicro BitProqramlayıcı və DebuggerRaspberry PiSTM32 Enerji Mənbəyi Alternativ EnerjiBatareyaBatareya Şarj və AksesuarDC AdapterQida Bloku Komponentlər Diger KomponentlərElektrik Açarİnduktor (Sarğac)İnteqral SxemKondensatorKonnektorLED və DiodMaqnit və ElektromaqnitMikrofonPotensiometr (Reostat)ReleRequlyatorRezistorSensor ElementSiqnallayıcıTranzistor Lehimləmə / Prototipləşdirmə BreadboardKabel / İzolyatorLehim AksesuarıLehim AlətiLehim TeliXam Lövhə Ləvazimatlar Digər Ləvazimatlarİş Masası LəvazimatıYaddaş Modulu Mexaniki Komponent QutusuKuler / RadiatorLayihə QutusuTutucu Adapter Motorlar DC MotorDigər MotorlarMotor SürücüServo MotorStepper MotorVibrasiya Motoru Simsiz Rabitə AntenaBluetooth / BLEDigər Simsiz ModullarGSM / GPSRFID / NFCSub-GHz RFWifi / 2.4GHzXbee / Zigbee
Hesab
Daxil ol Qeydiyyat
Xidmətlər
Xidmətlər — sayt, proqram, mühəndislik
Öyrən
Deneyap layihələri Bloq
Məlumat
Haqqımızda Əlaqə

Google Rankbrain

Google Rankbrain

Rankbrain, Google tərəfindən 2015-ci ildə yaradılan və gün keçdikcə özünü inkişaf etdirən bir süni zəka alqoritmidir. Eyni zamanda, 2018-ci ilində ən mühüm google axtarış sırlama amillərindən biri olduğu güman edilir.

google axtaris alqoritimiSüni Zəka Nədir?

İngilis dilində "Artificial Intelligence" olan süni zəka, elm və texnologiya dünyasının uzun illərdir üzərində çalışdığı bir məsələdir. Maşınların, kompüterlərin və ya robotların eynilə insanlar kimi davranmasını hədəfləyən bu məsələ, əslində bizə çox da uzaq olmayan bir texnologiyadır. Süni zəkanın nümunələrinə ətrafımızda görmək mümkündür. Bizə ən yaxın olan isə Google alqoritmləri ilə Applenin yaratdığı Sirri-dir. 

Google RankBrain Nedir?

Hərfləri və sayları riyazi olaraq bir alqoritmə çevirən Rankbrain, süni zəka sistemini öyrənən bir maşındır. Bu tərif, Rankbrain üçün texniki bir tərif olsa da, Google, axtarış nəticələrini yaxşılaşdırmaq üçün bu alqoritmi istifadə edir.

 Google, Rankbrain ilə istifadəçilərin nə istədiyini, nə axtardığını öyrənir və istifadəçilərə daha yaxşı nəticələr verməyi planlaşdırır. Axtarışın aparıldığı məkan, girilən açar sözlər və s. dəyişənləri nəzərə alaraq, istifadəçinin tam olaraq nəyi axtardığını, necə bir nəticəyə gəlməyi çalışdığını öyrənir.

Google Rankbrain və Məzmun

Rankbrain alqoritmi Marketinq prosesinə də birbaşa təsir göstərir. Məqalə hazırlayarkən  alqoritmlərin doğru şəkildə başa düşülməsi üçün açar sözlər yaxın və sinonim sözlərdən istifadə edilməsi son dərəcə mühüm əhəmiyyət kəsb edir.

Məqalələrinizin həm istifadəçilərin tələbinə cavab verməsi həm də SEO uyğun olması olduqca əhəmiyyətlidir. Məqalə yazarkən diqqəti tək bir açar sözə yönəltmək əvəzinə açar sözünüzə yaxın və ya sinonim mənalı sözləri istifadə etmək lazımdır.

Rankbrain Haqqında

Rankbrain alqoritmi üçün ən vacib olan şey, istifadəçilər üçün yaradılan və doğru məlumat verən linklərdir. Bu səbəblə məqalələrinizi daha məzmunlu, boş cümlələrlə mətninizi şişirtməkdənsə məqalələrinizdə istifadəçilərə yararlı məlumatlar verməyiniz faydalı olar.

rank brain alqoritimiLinkləriniz

Google-da üst sıralarda yer almanız üçün mühüm amillərdən biri digər veb saytlardan aldığınız linklərdir. Google Rankbrain digər saytlardan aldığınız bu həqiqi linkləri müsbət qiymətləndirərək saytınızı üst sıralara daşıyır.

Səsli Axtarışlar

İnkişaf edən texnologiyalarla birlikdə həyatımıza girən səsli axtarışların hər keçən gün istifadə genişlənir. Artıq məqalələr yaradarkən texniki terminlər əvəzinə, istifadəçilərin sosial həyatında istifadə etdikləri kəlmələri və əmrləri istifadə edərək nə şəkildə axtarış edəcəyini düşünməli məqalələrinizi buna uyğun şəkildə hazırlamalısınız.

Google Rankbrain Üçün 3 Optimallaşdırma Tövsiyəsi

  1.  Meta Descriptionlara nəzarət edin: Klik sayınızı artırmağınız sıralamada daha yüksək nöqtələrə çatmağınızı təmin edir. Klik sayını artırmağın ən mühüm yollarından biri də Title və descriptionları istifadəçilərin ehtiyaclarına uyğunlaşdırmaqdır.
  2.  Məqalələrinizi istifadəçiyə maraqlı olacaq şəkildə nizamlayın: Açar söz yönümlü məzmun yaratmaq köhnə üsul halına gəlib. Bunun əvəzinə məqalənizdə olan açar sözlərin fərqli versiyalarını istifadə edin.
  3.  İstifadəçi yönümlü hərəkət edin: Məqalə yaradarkən texniki terminlərə yer vermək əvəzinə istifadəçilərin gündəlik həyatda danışdığı dil üzərinə yönəldin. Yalnız axtarış üçün məzmun yaratsanız, reytinqdə ciddi itkilər yaşaya bilərsiniz. Saytınızda olan məzmunları səsli bir şəkildə oxuyun, əgər məqaləniz gündəlik danışıq dilinə yaxın deyilsə, Rankbrain yönümlü də deyil.


Davamını oxu

Digər yazılar

Hamısı